Deputatlarımız Gürcüstana gedir - MƏQSƏD?

22:25 13-05-2019 | icon 342 | Siyasət
Deputatlarımız Gürcüstana gedir - MƏQSƏD?

Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və deputat Əflatun Amaşov qurumun komitə iclaslarında iştirak etmək üçün mayın 14-də Gürcüstanın Batumi şəhərinə səfər edəcəklər.

 

Versus.Az-ın məlumatına görə, Siyasi və hüquqi məsələlər komitəsinin 53-cü iclasında “QDİƏT-ə üzv ölkələrdə demokratiyanın möhkəmləndirilməsində Ombudsman institutunun rolu”, İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitənin 52-ci iclasında “Yaşıl iqtisadiyyat. Mavi artım” mövzularında müzakirələr aparılacaq, hesabat və tövsiyələrin layihələri təsdiq ediləcək.

Hər iki toplantıda QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, təşkilatın Parlament Məclisinin 2019-cu il üçün iş təqvimi, komitələrin növbəti yığıncaqlarının yeri, vaxtı və gündəliyi müəyyən olunacaq.

Deputatlarımız komitələrdə qaldırılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcəklər.

Səfər mayın 18-də başa çatacaq.

 


Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı