Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək

22:30 13-05-2019 | icon 611 | Mədəniyyət
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək

Mayın 17-də görkəmli rəqqasə, Xalq artisti, Prezident təqaüdçüsü Roza İsmayıl qızı Cəlilovanın 90 yaşı tamam olur.



Versus.Az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mayın 17-də saat 19.00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti, Prezident təqaüdçüsü Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İran “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış edəcəklər.

Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. O, əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında başlamışdır. Qısa müddətdə öz məharəti ilə xalqın sevgi və rəğbətini qazanan Roza Cəlilova həmin ansamblın solisti olmuşdur. O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilmiş, öz sənəti ilə böyük səhnə peşəkarlığına və fitri istedada malik olduğunu sübut etmişdir. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutmuşdur. Hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi yerli tamaşaçılara sevdirə bilmiş və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir.

Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olmuş, kütləvi xalq rəqslərinə gözəl quruluşlar vermişdir.

Milli mədəniyyətimiz sahəsindəki uğurlarına görə Roza Cəlilova 1959-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

 

Versus.Az

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı