Azərbaycan 58-ci Venesiya Biennalesində təmsil olunur

13:01 14-05-2019 | icon 647 | Siyasət
Azərbaycan 58-ci Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. Biennalidə ölkəmiz “Virtual reallıq” (“Virtual Reality”) mövzusundakı milli pavilyonla iştirak edir.

 

Fonddan Versus.Az-a verilən məlumata görə, Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

 

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb