Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar

13:07 14-05-2019 | icon 411 | Təhsil
Şagirdlər Azərbaycan Dillər Universitetinin qonağı olublar

Nizami rayonu Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı orta məktəbin şagirdləri və müəllimləri Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olublar.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq əlaqələri haqqında onlara geniş məlumat verib.

 

Versus.Az-ın məlumatına görə, Ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açan universitet rəhbəri “Bir günlük xəlifə” layihəsi barədə də danışıb:

“Bir vəzifə uğrunda 25-30 nəfər bir-birilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən xəlifələr 1 gün ərzində tam ciddiyyətlə universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

 

Akademik Kamal Abdulla aprelin 19-da ADU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda Respublika tələbə-şagird elmi konfransından da söz açıb. Müxtəlif köçkün məktəbi şagirdlərinin həmin konfransda aktiv iştirakına toxunan rektor onların “Heydər Əliyev və Azərbaycanın gələcəyi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikulturalizm ənənələri” mövzusunda müxtəlif elmi işlər yazdıqlarını diqqətə çatdırıb.

 

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı məktəbin 2 dəfə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilin məktəbi adına layiq görüldüyünü bildirib. O, eyni zamanda məktəb şagirdlərinin uğurlarından da söz açıb.

 

Şagirdlər daha sonra universitetlə yaxından tanış olublar.

Qeyd edək ki, ADU-nun Təhsil və Filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi Milli Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyan 220 saylı orta məktəbdə pedaqoji təcrübədədirlər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI