"Azərbaycana qarşı kampaniya aparanlar çirkin əməllərindən qalmırlar"

13:52 14-05-2019 | icon 338 | Siyasət
"Azərbaycana qarşı kampaniya aparanlar çirkin əməllərindən qalmırlar"

Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycana qarşı ciddi kampaniya aparanlar müxtəlif bəhanələrdən istifadə edirlər.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, bu bəhanələrin sırasında idman yarışları da var:

 

"Bu, birinci dəfə deyil. Azərbaycanda siyasi xarakter daşımayan mötəbər tədbirlər keçirilən zaman ölkəmizə qarşı fəaliyyət göstərən qüvvələr hərəkətə keçir və Azərbaycanın imicinin üzərinə kölgə salmağa çalışırlar. Bu, ölkəmizin dünyada artan nüfuzunun bilavasitə nəticəsidir. Azərbaycanı sevməyən, bizə qarşı kampaniya aparan qüvvələr ölkəmizin nüfuzunun artmasından narahatlıq keçirir və çirkin əməllərindən qalmırlar".

 

Baş nazirin müavini burada erməni lobbisinin çirkin fəaliyyətini də qeyd edib:

"Əlbəttə ki, onlar Azərbaycanın yüksələn nüfuzu qarşısında vahiməyə düşürlər. Azərbaycana qarşı çirkin kampaniyanı gücləndirirlər. Onlara dəstək verənlər də var. Bütün bu kampaniyalar Azərbaycanın müxtəlif tədbirlərin keçirilməsinə ev sahibliyi etməsinə əngəl olmayacaq. Mayın sonunda baş tutacaq idman tədbiri də yüksək səviyyədə keçiriləcək".

 

Ə.Əhmədov vurğulayıb ki, Azərbaycan sabit və təhlükəsiz ölkədir. Dünyanın hər bir yerində bunu bilirlər:

"Azərbaycan sabitliyi və təhlükəsizliyi ilə dünyada birmənalı şəkildə tanınır. Ölkəmizin əhəmiyyəti etiraf edilir və heç bir qarayaxma kampaniyası bunun qarşısını ala bilməyəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı