Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

15:19 14-05-2019 | icon 595 | Siyasət
Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, qayğılarını dinləyib

Millət vəkili sakinləri narahat edən məsələlərin həllinə çalışacağını deyib

 

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərini ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb hər kəsi Ramazan ayı münasibətilə təbrik edib, dualarının qəbul olunmasını diləyib.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva sakinlərin müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb.

Bir çox xəstələrlə görüşən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Bakıda və ya Tovuzrayon Mərkəzi Xəstəxanasına müraciətlər edərək onların müalicəsinin və əməliyyatının aparılması məsələsinə dəstək olub.

 

Qənirə Paşayeva həmçinin fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Bir sıra sakinlər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, bəzi ailələr isə qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərlməsi üçün müraciətlər ediblər.

 

Sakinlərlə görüşdə eyni zamanda bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb. Q.Paşayeva cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb. Millət vəkili Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr, işlər barədə də ətraflı məlumatlar verib. Bildirib ki, həyata keçirilən və nəzərdə tutulan işlər tezliklə öz müsbət təsirini verəcək.

 

Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, qanun, qaydalar və imkanlar çərçivəsində həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. O, sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.

 

 

Qənirə Paşayeva sakinləri narahat edən məsələləri dinləyərək onları yerli və müvafiq mərkəzi qurumlarla müzakirə edəcəyini və həllinə   çalışacağını deyib.

 

Sakinlər ilə görüşdə millət vəkili eyni zamanda Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, sakinləri maraqlandıran bir sıra sualları da cavablandırıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI