Həzrəti Eyyub kimi özünə qalib gəlməyi bacaran Eyyub…

15:49 14-05-2019 | icon 134 | Mədəniyyət
Həzrəti Eyyub kimi özünə qalib gəlməyi bacaran Eyyub…

Zövqləri oxşaya bilib, ürəklərdə yuva qurub, sevənləri yetərincədir…

 

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Lənətə gəlmiş Şeytanın Eyyub peyğəmbərin başına gətirdiyi müsibətlər haqqında yəqin ki, çoxunuz eşitmisiz. Həzrəti peyğəmbər bu zülmlərə baxmayaraq bircə dəfə də olsun Allaha asi çıxmır- "Yetər!", "Bəsdir!" söyləmir. Onun bu səbri, imanı Allahın xoşuna gəlir və sonda öz rəsulunu mükafatlandırır…

 

Bəlkə də Eyyubların hamısı belə səbirli, təvazökar, imanlı olurlar, deyə bilmərəm, amma bizim tanıdığımız müğənni Eyyub sözün əsl mənasında təkəbbürdən çox uzaqdır. Səbirli və imanlıdır, "MƏN"inə qalib gəlməyi bacarıb. Yəni o, heç zaman mən-mən deməyi sevmir, təkəbbürdən uzaqdır. Necə deyərlər, "blatnoy" mahnılardan tutmuş xalq, bəstəkar mahnılarına qədər yaradıcılıq yolu keçib. Zövqləri oxşaya bilib, ürəklərdə yuva qurub. Sevənləri yetərincədir…

 

Haqqında söhbət açdığım Eyyub Yaqubov 1965-ci ildə Bakı şəhərində dünyaya gəlib. 49 saylı orta məktəbdə oxuya-oxuya 3 saylı musiqi məktəbində də təhsil alıb. Səkkizinci sinfi bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna qəbul olunub. Orada fortepiano sinifində oxuyub. Eyni zamanda Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Humayun" xalq instrumental ansamblında piano ifaçısı kimi çalışıb. Hətta Azərbaycan pianoçuları arasında keçirilən bir müsabiqənin qalibi də olub. "Humayun"da çalışarkən klassik musiqi ilə yanaşı xalq musiqisini də öyrənə bilib. Ara-sıra dostların dairəsində mahnılar oxuyurmuş. Və bir gün qərara gəlir ki, müğənni olsun. O zamandan da qədəm qoyduğu bu sənətdə addım-addım irəliləyərək ad qazanıb, nüfuz sahibi olub. Xidməti zaman-zaman dəyərləndirilib də. 2006-cı ildə əməkdar artist, 2018-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb…

 

Bəli, onun indiyədək xeyli könül açan, zövq oxşayan konsertləri baş tutub. Bu barədə çox danışmaq olar, amma İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Külli zaman içrə saat yarım" adlandırdığı sonuncu konserti möhtəşəmliyi ilə xüsusi seçilir. Ərsəyə gətirdiyi bu konsert əslində onun şəxsiyyəti ilə yaradıcılığının vəhdətinin təzahürü idi. "MƏN"inə qalib gələn bir aşiqin sədası. Dahi Nəsimi demişkən:

 

Həqiqət həqqi biləndir, verən varını yəğmayə,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdayə.
Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhli həqq olan kişi, nə qəm, girsə kəlisayə!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

Partiya sədri dahi sənətkara qarşı unutqanlıqdan danışdı

“Kimsə Rusiyaya açıq dəstək verəcəksə, onun qarşısını alacağıq” – MÜSAHİBƏ/VİDEO

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

Prezident sərəncam imzalayıb

Rəşad Atakişiyevin məzarı üzərindən məktub tapıldı /VİDEO/

Deputat İbtidai Sinif Müəllimlərinin 2-ci Təhsil Forumunda çağırış edib

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər