“Bu, Paşinyanın növbəti siyasi həyasızlığıdır”


Əlabbas Məhərrəmli: “Azərbaycan artıq Ermənistanın və onun havadarlarının anladıqları güc variantının tətbiqinə qərar verməlidir”
“Paşinyan Brüsseldə verdiyi müsahibədə Ermənistanın Qarabağ münaqişəsində tərəf olduğunu bir daha bəyan edib. Onun işğalçılıq siyasətini pərdələyərək, münaqişənin həll olunmamasında Azərbaycanı günahlandırması isə növbəti siyasi həyasızlıqdır”.
Bunu Versus.Az-a Nikol Paşinyanın azadlıq radiosuna verdiyi müsahibəyə aşıqlamasında siyasi ekspert Əlabbas Məhərrəmli bildirib:
“Paşinyan Azərbaycan ücün mümkün olmayanın - Dağlıq Qarabağ separatçılarının danışıqlara cəlbinin vacibliyindən dəm vurub. Ermənistan baş nazirini belə bəyanat verməyə cəsarətləndirən həm də Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə yolverilməz münasibətidir. Məlum olduğu kimi, Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmamasının da səbəbi Avropa İttifaqının bu məsələyə qəbuledilməz yanaşmasıdır. Yəni Gürcüstanla Ukraynanın ərazi bütövlüyünü tanıyan Avropa İttifaqı Azərbaycana fərqli münasibət göstərir”.
Ekspert qeyd edib ki, Qərbin bu mövqeyindən ruhlanan Paşinyan isə Azərbaycana öz şərtlərini diqtə etməyə cəsarət göstərir:
“Paşinyanın bu açıqlaması neçənci dəfədir təsdiqləyir ki, danışıqlara sərf olunan zaman sadəcə itirilmiş vaxtdır. Məncə, Azərbaycan artıq qəti mövqeyini ortaya qoymalı, Ermənistanın və onun havadarlarının anladıqları güc variantının tətbiqinə qərar verməlidir. Bizə başqa seçim imkanı saxlanmayıb”.
LƏMAN
Versus.Az

Xəbər lenti

Xərçəng, diabet, demensiyanın səbəbkarı bu bakteriya imiş – Ağızdan bədənə keçir
Bu bakteriya Alsgeymer xəstələrinin beyin toxumasında aşkarlanıb
Zavodları bağlamaq kifayətdir ki, astma, bronxit xəstəlikləri azalsın
Körpələrin baş ətrafını mütləq ölçdürün
İnsulta aparan TƏHLÜKƏ
Nə üçün ayaqlarımız şişir?
Pilotlar eniş zamanı təyyarədə iki dəfə şassini açmağı unutdular
Oğurlanmış smartfon oğrunun görüntüsünü sahibinə yolladı - VİDEO
Qızın yumruq zərbəsindən sonra oğlanın daxili orqanlarının yeri dəyişdi
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
2019-cu ildə “Google”da ən çox axtarılanlar onlar oldu - FOTO
Tarantino “Billi öldürmək” filminin üçüncü hissəsini çəkmək niyyətindədir
Təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb
“Qızıl qlobus” namizədlərin adı açıqlandı
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib
İrəli
