Rusiya Tiflisin razılığı olmadan BTQ-yə qoşulur? - Ekspert

22:53 14-05-2019 | icon 480 | İqtisadiyyat
Rusiya Tiflisin razılığı olmadan BTQ-yə qoşulur? - Ekspert

Bir neçə gün əvvəl Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars (BTQ) layihəsi ilə bağlı imzalanın memorandum niyyət bəyanıdır.

 

Versus.Az axar.az-a istinadla bildirir ki, bunu Türkiyə, Rusiya və Azərbaycan arasında BTQ layihəsi ilə əlaqədar imzalanın memorandumla bağlı Gürcüstanın etirazlarına münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Rusiyanın Bakı-Tiflis-Qars layihəsinə qoşulması mümkünlüyü haqqında imzalanın memorandum Rusiya yüklərinin daşınması anlamına gəlmir:

“Niyyət bəyanının olması gələcəkdə daha geniş münasibətlərin qurulmasına və ya müqavilələrin bağlanmasına əsas yaradır. Təbii ki, burada bütün yolboyu yerləşən ölkələrin nümayəndələrinin iştirakı bu anlamda vacibdir ki, tranzit xərclərində və dövrü keçid qiymətlərində fərqli yanaşmalar olmasın. Yolun bir hissəsinin Gürcüstandan keçdiyini nəzərə alsaq, Gürcüstanın tranzit xərclərində bir dəyişikliyə getməsi yolun iqtisadi səmərəsini və perspektivliyini aşağı sala bilər. Bu isə müştəriləri başqa yolları seçməyə təşviq edə bilər. Bu mənada Gürcüstan tərəfinin iştirakı vacibdir. Ümumi tranzit qiymətinin olması bu layihənin uğurlu olması üçün əsas səbəblərdən birinə çevriləcək. Əgər fərqli-fərqli tranzit qiymətləri olsa və hər bir ölkə öz istədiyi qiyməti diktə etməyə başlasa, bu, müştərilərin başqa yolu seçmə ehtimalını gücləndirəcək. Bu səbəbdən də Gürcüstanın iştirakı keçid tarif planlarını və tranzit xərclərinin planlaşdırılması və eyniləşdirilməsinin mümkün ola bilməsi üçün vacibdir”.

Qeyd edək ki, mayın 6-da Türkiyə, Rusiya və Azərbaycan arasında Bakı-Tiflis-Qars layihəsi barədə imzalanın memorandumda Gürcüstanın iştirak etməyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?