37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

00:19 15-05-2019 | icon 872 | Təhsil
37 saylı Laçın məktəblilərinin növbəti ekskursiyası

2-ci və 3-cü sinif şagirdləri üçün nağıl kimi muzey gəzintisi

 

Xəbər verdiyimiz kimi, Ağcabədi şəhər, Taxta körpü qəsəbəsində yerləşən Laçın şəhər 37 saylı tam orta məktəbin direktoru Səxavət Məmmədovun təşəbbüsü ilə müəllim kollektivi və məktəblilərinin ekskursiyaları təşkil olunub. Artıq ikinci həftədir davam edən ekskursiya hər gün üç və ya dörd sinif olmaqla Heydər Əliyev Mərkəzi, Bayraq Muzeyi və Tarix-Diyarşünaslıq Muzeyində həyata keçirilib.

 

Versus.Az-ın məlumatına görə, 2a, 2b və 3b siniflərin şagirdləri öz sinif rəhbərlərinin nəzarəti ilə növbəti ekskursiyada iştirak ediblər.

 

Şagirdlər başda məktəbin dərs hissə müdiri Kənan Quliyev olmaqla Bayraq Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi və sonda Gənclər Mərkəzi adlı uşaqlar üçün əyləncə mərkəzində olublar.

 

Muzeydəki eksponatlara diqqət kəsilən balacalar üçün olduqca maraqlı görünən tarixin nişanələri haqqında ətraflı məlumat verilib. Uşaqlar sanki sehirli aləmə düşübmüş kimi, ətrafı maraqla izləyiblər.

 

2b sinifinin sinif rəhbəri Elyanə Zeynalova deyir ki, Bayraq Muzeyində uşaqların, eyni zamanda müəllimlərin diqqətini daha çox şəhid olmuş bir əsgərin döyüş paltarları və sahibinə çatmayan əl boyda kiçik bir torbada bayram sovqatı olub. Hər kəsi kövrəldən bu mənzərə çox güman ki, şagirdlərin yaddaşına əbədi həkk olacaq.

Müəllimlər şagirdlərin xatirəsində dərin iz buraxacaq bu ekskursiyanı daha maraqlı etmək üçün onların eksponatlarla şəkil çəkdirmək istəklərini də reallaşdırıblar.

 

Şagirdlər ekskursiyadan olduqca razı qalıblar. Onlar bu gəzintidən Ağcabədinin tarixi qədim yaşayış məskənləri, təbiət görüntüləri, qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişafı haqqında dolğun məlumatlarla geri dönüblər.

 

A.Zeynallı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol