"Real Madrid" 15 yaşlı futbolçudan ötrü 12 milyon avro ödəməyə hazırdır

12:22 15-05-2019 | icon 427 | İdman
"Real Madrid" 15 yaşlı futbolçudan ötrü 12 milyon avro ödəməyə hazırdır

İspaniyanın "Real Madrid" klubu Fransa "Lion"unun 15 yaşlı futbolçusu Rayan Çerki ilə maraqlanır.

 

Versus.Az yerli mətbuatın "Mundo Deportivo"ya istinadən verdiyi məlumata istinad edərək xəbər verir ki, "kral klubu" yeniyetmə hücumçunu 12 milyon avroya almağa hazırdır. İstedadlı oyunçuya İtaliya "Milan"ı ilə İngiltərə təmsilçisi "Çelsi"dən də maraq göstərilib. Lakin onlara qətiyyətlə "yox" cavabı verilib. "Lion"un prezidenti Jan-Mişel Ola Çerki ilə müqaviləni uzatmaq niyyətindədir. Hazırkı sözləşmə 2020-ci ilin yayınadəkdir.

FIFA qaydalarına əsasən, oyunçunun Avropa İttifaqına üzv olan digər ölkənin klubuna keçid imkanı 16 yaşında yarana bilər. Çerki bu yaşına bu il avqustun 17-də çata biləcək. O, UEFA tarixində Gənclər Liqasında qol vurmuş ən gənc futbolçu sayılır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI