Avropanın ən ağır kuboku Bakıya gətirilir - 15 kilo, 8,5 milyon avro....

13:04 15-05-2019 | icon 429 | İdman
Avropanın ən ağır kuboku Bakıya gətirilir - 15 kilo, 8,5 milyon avro....

Bakı Olimpiya Stadionundan açıqlama: “100-dən çox ölkənin azarkeşi bilet alıb”; Avropanın ən ağır kuboku Bakıya gətirilir - 15 kilo, 8,5 milyon avro....

 

Mayın 29-da Avroliqa finalında qarşılaşacaq “Çelsi” - “Arsenal” oyununa biletlərin hamısı demək olar ki, satılıb. Versus.Az “Yeni Müsavat”a istinadən xəbər verir ki,  bu barədə  AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Qarayev bildirib. Onun sözlərinə görə, UEFA mart ayında onlayn vasitəsilə biletləri satışa çıxarmışdı: “Bu gün onların hamısı alınıb və onlayn bileti 100-dən artıq ölkədən alan azarkeşlər var.

May ayında isə yerli azarkeşlər üçün “Gənclik mall” və “28 Mall” ticarət mərkəzlərində bilet satışı təşkil olunub. Bizdə olan məlumata görə, 10 min bilet satılıb. Belə deyə bilərik ki, final görüşünə bileltərin hamısı qurtarıb".

AFFA sözçüsü qeyd etdi ki, stadionda hazırlıq prosesi gedir: “Bilirsiniz ki, stadionun açılışı 2015-ci ildə olub. Bu gün infrastrukturda xüsusi dəyişikliyə ehtiyac yoxdur, hər şey yenidir. Sadəcə, ehtiyat oyunçular skamyası bir qədər yuxarıda idi, həmin yerdəki azarkeşlərin görmə bucağı məhdudlaşırdı, biz skamyanı aşağı salmışıq, hər şey qaydasındadır. Bu günlərdə UEFA-nın inspektoru da stadiona baxışa gəlmişdi, yüksək qiymət verdi”.

Firuz Qarayev ile ilgili görsel sonucu

Firuz Qarayev

F.Qarayev jurnalistlərin akkreditasiyası məsələsinin BOS yox, UEFA tərəfindən təşkil edildiyini və mayın 13-də prosesin yekunlaşdığını xəbər verdi.

Versus.Az xəbər verir ki, əməkdar artist, “Parni iz Baku” komandasının əfsanəvi simalarından olan Bəhram Bağırzadə deyib ki, final oyununda “media face” sektoruna dəvət alıb. Bağırzadə yarızarafat ironiya ilə söylədi ki, Allah ona 30 il səbr verib, bu günü görməyi nəsib elədi: “Axır ki, məni də tanınmış insan sayıb dəvət ediblər. Mən bu oyunda Azərbaycana azarkeşlik edəcəyəm, bayrağımızı götürüb qaldıracağam. Qəzetiniz vasitəsilə azarkeşlərə də çağırış edirəm ki, stadiona bayrağımızla gəlsinlər, möhtəşəm stadionda bayraqlarımız dalğalansın. Qoy dünya bizi görsün, bayraqlarımız kadrlarda bütün dünyaya nümayiş etdirilsin. Bu kadrlar yay ərzində göstəriləcək və turistlər Azərbaycanı görmək arzusu ilə yaşayacaqlar, daha çox turist cəlb etmək üçün bir fürsətdir. Bu da bir təbliğat növüdür”.

B.Bağırzadə erməni futbolçunun Bakıya gəlməsi ilə bağlı belə şərh verdi: “Arzu edirəm ki, ingilis klubunda azərbaycanlı futbolçu olsun. Bizimkilər də Avropanın nəhəng klublarına getsinlər. Mən sosial şəbəkədə də müraciət eləmişəm ki, azərbaycanlı azarkeşlər ingilislərə qarşı özlərini necə aparsınlar”.

Çılğın ingilis fanatlarına gəlincə, onu da deyək ki, Daxili İşlər Nazirliyi oyundan əvvəl və sonrakı günlərdə şəhərdə ictimai asayişin təmin edilməsi və həm azarkeşlərin, həm də Bakının bütün qonaqlarının təhlükəsizliyini təmin etmək üçün xüsusi rejimə keçəcək.

“Heç bir narahatlıq yoxdur. Bakı dəfələrlə dünya və Avropa miqyasında böyük tədbirlər keçirib və Azərbaycan polisi həmişə öz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirib.  Bütün vətəndaşlar, o cümlədən xarici dövlətlərin vətəndaşları Azərbaycan qanunlarına hörmət etməlidirlər və bizim polisimiz həmişə qanunçuluğun keşiyindədir”, - deyə DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib.

Bu arada UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı bəzi maraqlı incəlikləri açıqlayıb: “Stadion 70 minədək tamaşaçı tutumuna malikdir. Heç bir şübhə yoxdur ki, 1999-cu ildə Moskvada keçirilən finalın rekordu qırılacaq. Həmin vaxt ”Parma" və “Latsio” arasındakı görüşü 62 min azarkeş izləyib. Bu, VAR sisteminin tətbiq olunacağı Avropa Liqasının ilk matçı olacaq. Bundan başqa, əgər əlavə vaxt olarsa, komandalar 4-cü oyunçu dəyişdirmək hüququ qazanacaq.

Matçı italiyalı Canluka Rokkinin rəhbərlik etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.

15 kiloqram ağırlığı olan bu kubok Avropada çəkisinə görə ən ağır klub mükafatıdır. Qalib komandanın futbolçu və məşqçi heyəti üçün ümumən 40 medal nəzərdə tutulub.

Bundan başqa, Avropa Liqasının qalibi 2019/20 mövsümündən Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanacaq.

Maddi olaraq isə finalçı komandaların hər birinə 4,5 milyon avro, qalibə əlavə 4 milyon avro ayrılacaq.

“Arsenal” və “Çelsi” klublarının azarkeşlərinin Londondan Bakıya səfərini təşkil edəcək “Thomas Cook Sport” şirkəti isə vahid qiyməti açıqlayıb.

Final biletini təqdim edəcək hər bir şəxs 979 funt sterlinq (təqribən 2150 manat) ödəməklə gediş-dönüş paketi əldə edəcək. Birgünlük səfər paketinə təyyarə bileti və Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı Olimpiya Stadionuna avtobusla gediş-gəliş daxildir. Londondan uçuş oyun günü saat 8:30-a (Bakı vaxtı ilə saat 11:30) nəzərdə tutulub. Geri dönüş isə matçdan sonra - mayın 30-u səhər saatlarında olacaq. Bildirilir ki, uçuş saatlarının dəyişdirilməsi mümkündür.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol