Hüquq müdafiəçiləri ABŞ və Avropa fondlarının Azərbaycana qayıtmasını istəyir

13:17 15-05-2019 | icon 345 | Cəmiyyət
Hüquq müdafiəçiləri ABŞ və Avropa fondlarının Azərbaycana qayıtmasını istəyir

“Uzun illər Azərbaycanda fəaliyyət göstərən və son illərdə ölkədən getməli olan beynəlxalq təşkilatların, fondların geriyə qayıtması, burada fəaliyyət göstərməsi vacibdir. Çünki onların burada fəaliyyət göstərməsi Azərbaycana lazımdır”.


Versus.Az "Müsavat"-a istinadən xəbər verir ki, bu barədə  hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib. O düşünür ki, Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu kimi ABŞ təşkilatlarının, Almaniya fondlarının və digər Avropa təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi ölkəmizin xeyrinə olar.

Həmin təşkilatların geri qayıtmasına şərait yaradılmalıdır: “Milli Demokratiya İnstitutunun guya burada inqilab hazırladığı iddia edilirdi. Şəxsən mən 20 ilə yaxın həmin təşkilatla işləmişəm, əməkdaşlıq etmişəm, bir dəfə olsun onlar mənə ”inqilab" sözünü belə deməyiblər. O cümlədən Respublikaçılar İnstitutu, Almaniya fondları bizim ölkəmizdə hər hansı inqilab hazırlığında olmayıblar. İnanın ki, əgər onların hər hansı birinin belə bir planın içində olduğunu cüzi də olsa hiss etsəydim onların Azərbaycanda fəaliyyətinə qarşı ilk çıxanlardan olardım.

Ä°lgili resim

Həmin təşkilatların geriyə qayıtması ona görə lazımdır ki, onların burada mövcudluğu, burada işləməyi Azərbaycana əlavə bir beynəlxalq dayaq idi. Heydər Əliyev həmin təşkilatlarla, əsasən də ABŞ təşkilatları olan Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu ilə çox sıx işləyirdi. Onların ABŞ-da çox nüfuzlu, sözü eşidilən təşkilatlar olduğunu bilirdi və onların imkanlarından Azərbaycanın sözünün çatdırılması, üzləşdiyi problemlərin çatdırılması işində istifadə edirdi. Həmin təşkilatların əli ilə Amerika hökumətinə çox sözlərimizimi, problemlərimizi çatdırırdı və ölkəmizə dəstək alınırdı. Eyni sözləri Almaniya fondları barədə deyə bilərəm. Diplomatiyada bu çox mühüm amildir. Ona görə də indiki həssas beynəlxalq vəziyyətdə ABŞ institutlarının, Avropa fondlarının geri qayıdıb burada işləməyi ölkəmiz üçün çox vacibdir. Onlarla daha sıx hökumət strukturları işləməməlidirlər, sonra QHT-lər". 

Əvəz Həsənov ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov da hesab edir ki, Azərbaycanda fəaliyyəti dayandırılmış bir sıra beynəlxalq təşkilatların, fondların geri qayıtması ölkəmiz üçün lazımdır. Həmin beynəlxalq təşkilatların Azərbaycanda fəaliyyət göstərməməsinin zərəri var: “Məsələn, mayın 13-də Tiflisdə VI Cənubi Qafqaz Təhlükəsizlik Forumu öz işinə başlayıb. Forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sessiyada narazılıq yaşanıb. ”Eurasianet.org" resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçera moderator kimi, Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley isə ekspertlər kimi çıxış ediblər. Tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidentinin köməkçisi, beynəlxalq məsələlər üzrə analitik Anastasiya Lavrina Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycanı təmsil edən nümayəndənin dəvət olunmamasına öz etirazını bildirib.

Mən hesab edirəm ki, bu kimi halların baş verməsinin bir səbəbi də ondan ibarətdir ki, bizim hökumət bütün beynəlxalq donorların Bakıdan çıxıb getməsinə imkan verib. Həmin beynəlxalq təşkilatlar vaxtilə Azərbaycan təşkilatları ilə birgə tədbir keçirirdilər. Cənubi Qafqaz formatında nə baş verirdisə mütləq Azərbaycandan olan spiker olurdu. İndi Azərbaycan beynəlxalq təşkilatların siyahısında yoxdur. Adi, 2 gün müğənni efirə çıxmasın hamı onu unudar.

Azərbaycan ekspertlərinin 2014-cü ildən beynəlxalq efirdə institut kimi iştirakı məhdudlaşıb. Yəni tədbirlərin təşkilatçı kimi hüququndan məhrumdurlar. Yalnız qonaq qismində çağırılırlar.

Belə tədbirlərə dəvət olunanlar, sadəcə, dinləyici kimi dəvət olunur. Beynəlxalq təşkilatların Azərbaycandan getməsinin bu kimi fəsadlarına tez-tez rast gəlirik".

 

Xatırladaq ki, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab üç həftə öncə mətbuat konfransında Almaniyanın rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə etdiyini və müsbət nəticələrə ümid bəslədiyini açıqlamışdı.

“Fridrix Ebert, Fridrix Nauman və Henrix Böll fondlarının qaytarılması müzakirə olunurmu?” sualına cavabında səfir deyib ki, bu məsələ müzakirə olunur: “Əlbəttə, biz istərdik ki, Almaniya siyasi fondlarının fəaliyyəti bərpa olunsun. Bununla bağlı danışıqlar aparırıq. Çox istəyirik və ümid edirik ki, müsbət nəticə əldə olunacaq”.

Səfirin Almaniyanın rəsmi Bakı ilə Azərbaycanda Almaniya siyasi fondlarının fəaliyyətinin bərpa olunmasını müzakirə etdiyi barədə açıqlaması sözügedən məsələdə yaxın zamanlarda real addımların olacağı ehtimalını yaradıb.

Lakin ekspertlər hesab edir ki, Almaniya fondlarının geri qayıtması baş versə belə, bunun ABŞ fondlarının da geriyə qayıtmasına dərhal təsir göstərəcəyini birmənalı söyləmək olmaz. Hazırda ABŞ-ın Azərbaycanda yalnız bir fondu-USAİD fəaliyyət göstərir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ermənistanın buqələmun siyasəti

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?