Dağlıq Qarabağın Azərbaycanlı İcmasının “Twitter” hesabına qadağa aradan qaldırıldı

14:26 15-05-2019 | icon 101 | Qarabağ
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının “Twitter” hesabına qadağa aradan qaldırıldı

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi "Twitter" hesabına tətbiq edilmiş qadağa aradan qaldırılıb.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, bir neçə həftə bundan öncə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinə məxsus "Twitter" sosial media hesabı ermənilərin əsassız şikayətləri nəticəsində ilk öncə məhdudlaşdırılmış, sonra isə birdəfəlik bağlanmışdı:

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının çağırışı ilə "Twitter" administrasiyasına edilmiş çoxsaylı müraciətlər nəticəsində nəhayət ki, ədalət öz yerini tapdı və səhifənin fəaliyyəti bərpa olundu. Biz həmişə haqqın, ədalətin tərəfdarı olmuş və bunu öz bəyanatlarımızda daim səsləndirmişik. Azad sözə və fikrə dözümsüz yanaşanlar bunu anlamalı, öz torpaqlarından qovulmuş yüzminlərlə həmvətənlərimizin pozulmuş hüquqlarına göz yummağın qəbuledilməz olduğunu bilməlidir.

Hamı üçün aydın olmalıdır ki, sosial şəbəkədə hüquqları pozulmuş və şikayətlərimiz nəticəsində bərpa edilmiş Azərbaycanlı İcmanın hüquqları da (torpaqlaımıza geri dönmək, mülkiyyət və s. hüquqlar) reallaşdırılacaq və Azərbaycanın suverenliyi və beynəlxalq tanınmış sərhədləri tezliklə bərpa olunacaq".

İctimai Birlik rəsmi "Twitter" səhifəsinin məhdudlaşdırılmasına etiraz olaraq, vətəndaş mövqeyi göstərən və təşkil edilmiş müraciətlərdə səs verən, həmrəylik göstərən bütün soydaşlarımıza təşəkkür edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

Doktoranturaya qəbul qaydaları dəyişib

Sizi İqbal Ağazadənin seçki qərargahından salamlayıram

35 saylı Xətai Üçüncü Seçki Dairəsindən namizəd - İQBAL AĞAZADƏ

79 saylı İmişli seçki dairəsindən namizəd - RAZİ NURULLAYEV

105 saylı Tovuz seçki dairəsindən namizəd - QƏNİRƏ PAŞAYEVA

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizəd - ƏLİSAHB HÜSEYNOV