Nazir müavini: "Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var"

14:53 15-05-2019 | icon 367 | Təhsil
Nazir müavini: "Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var"

Son vaxtlar şagirdlərin intiharı ilə bağlı baş verən halların bir neçə səbəbi var.

Versus.Az Trend-ə istinadən bildirir ki, bunu "Beynəlxalq Ailə günü"nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır" adlı konfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, bəzən ailədaxili mühit, bəzən də uşaqların psixikasının pozulması intihara səbəb olur: "Uşaqların psixikası pozulduqda artıq həkimlər bu işə qarışmalıdırlar. Bəzən görürsən ki, məktəbdə uşağa müəllimlər tərəfindən yaxşı münasibət olmur, o da intihara cəhd edir. Burada çox suallar ortaya çıxır, cəmiyyət bunların hamısını tənzimləməlidir. Təhsil Nazirliyi olaraq biz bu məsələlərə çox həssas yanaşırıq".

F.Qurbanov deyib ki, təhsilin əsas vəzifəsi təlimlə yanaşı, tərbiyəyə diqqət yetirməkdir. Çünki bu, gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır: "Ailədaxili mühit uşaqların tərbiyəsinə təsir göstərir. Hər bir müəllim də təkcə müəllim deyil, həm də tərbiyəçi olmalıdır".

 

Nazir müavini əlavə edib ki, hazırda Azərbaycanda 1 milyon 600 mindən çox şagird təhsil alır. Onlara təxminən 150 min müəllim dərs keçir: "Hər məktəbdə psixoloq var. Biz onların təlimləri ilə uşaqların tərbiyəsinə təsir göstərməyə çalışırıq".

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin