“Paşinyandan Qarabağ məsələsində cəsarətli addım gözləmək mənasızdır”

16:38 15-05-2019 | icon 123 | Geopolitika
“Paşinyandan Qarabağ məsələsində cəsarətli addım gözləmək mənasızdır”

Nikol Paşinyanın hakimiyyətə gəlməsinin bir ili tamam oldu. Cinayətkar Qarabağ klanı Ermənistanda hakimiyyətdən devriləndə belə ümidlər yaranmışdı ki, Paşinyan klanın təmsilçisi deyil, Qarabağda döyüşməyib, yeni düşüncəli və sülhə meylli siyasətçi ola bilər və nəticədə Qarabağ məsələsində ciddi addımlar atılar. Bir il ərzində Nikol Paşinyanla cəmi bir neçə dəfə Qarabağ danışıqları mümkün oldu. Ekspertlər bildirir ki, erməni iqtidarı danışıqlardan qaçır, status-kvonun bu cür qalmasına çalışır. Belə bir vəziyyətdə artıq Paşinyan Ermənistanı ilə sülh danışıqlarının mənasının qalmadığını qəti şəkildə söyləmək mümkünmü?

 

Versus.Az xəbər verir ki, politoloq Nəzakət Məmmədova bildirib ki, Paşinyan danışıqlardan yayınır və bunun bir sıra daxili və xarici amillərdən qaynaqlanan səbəbləri var. Əvvəla, nə Paşinyan müstəqil siyasətçidir, nə də onun başçılıq etdiyi dövlət azad, suveren deyil. Ermənistan üzərində hegemon olan dövlətlər hansı göstərişi verirlərsə, onun rəhbəri də həmin tapşırığı yerinə yetirir:

 

“Hazırda Ermənistan üzərində bir neçə dövlətin təsiri var: Ermənistanın prezidenti İngiltərəyə, baş naziri Amerikaya, ordusu Rusiyaya, diasporası Fransaya bağlıdır. Belə bir xaotik şəraitdə silahlı qüvvələrin ali baş komandanı konstitusiya dəyişikliyinə əsasən baş nazir olsa da, o, ordu üzərində heç bir səlahiyyətə malik deyil.

Məlumdur ki, Ermənistanda hazırda xarici güc mərkəzləri və onların yerli əlaltıları arasında aşkar mübarizə gedir. Rusiyanın Qarabağ klanından ona qarşı istifadə etməsinin qarşısını almaq üçün Paşinyan Rusiya ilə müəyyən yaxınlaşma siyasətinə cəhd göstərdi. Lakin onun Rusiyanı tamamilə neytrallaşdırdığını demək olmaz. Rusiya hər zaman Ermənistan SSRİ-dən ayrılandan bəri Qarabağ klanına istinad edib, bundan sonra da etməyə davam edəcək.

 

Qarabağa dair sülh danışıqlarının uzanması, nəticəsiz qalması isə Paşinyanın iradəsinə bağlı məsələ deyil. Paşinyan böyük güclərin Ermənistan siyasətində, obrazlı şəkildə ifadə etsək, burulğanın ortasına düşmüş sınıq qayıqçını xatırladır. Onun tək qayğısı hakimiyyətini möhkəmlətmək, ölkə üzərində bacardıqca çox sahələrə nəzarəti ələ keçirmək, onu hakimiyyətə gətirmiş xarici qüvvələrin tapşırığını yerinə yetirməkdən ibarətdir. Bu tapşırıq Qarabağ münaqişəsinin həlli ilə bağlı deyil, regional geosiyasi planlarla bağlıdır. Paşinyanın fəaliyyətinin yaxın perspektivdə əsas hədəfi İrana qarşı ABŞ-ın şimaldan Ermənistan istiqamətində səmərəli fəaliyyətinə şərait yaratmaq, Ermənistanı İrana qarşı ABŞ-ın siyasi-kəşfiyyat poliqonuna çevirmək, orta hədəfdə isə Rusiyanın Ermənistanda təsirini zəiflətməkdir".

 

Politoloqun sözlərinə görə, bütün bunları nəzərə aldıqda məlum olur ki, Qarabağ məsələsi ilə bağlı Paşinyandan hər hansı cəsarətli addım, dəyişiklik gözləmək mənasızdır:

 

“Qeyd etdiyimiz kimi, burada onun iradəsindən asılı olan çox cüzi şeylər var. Lakin o, ”Şəraiti dəyişə bilmirsənsə, ona olan münasibətini dəyiş" məsəlini əsas kredosuna çevirərək bu şəraitdən öz hakimiyyətini möhkəmələndirməyə çalışır.  O, ermənilərin şovinizmindən istifadə edərək ucuz piar şousu düzəldir, gah Şuşada yallı gedir, gah kortejin müşayiəti ilə velosipedlə işə gedir və sair. Bütün bunlar ucuz şoudan, səfalət içində yaşayan Ermənistan əhalisinin gözünə kül üfürməkdən başqa bir şey deyil. Eyni zamanda Qarabağ məsələsinin həllinə yardım etmir, əksinə, prosesə mane olur. Bununla yanaşı, həmsədrlərin bəyan etdiyi xalqların sülhə hazırlanması prosesinə ən böyük zərbəni vurur. Çünki Ermənistan əhalisini aldatmağa yönələn ucuz piar Azərbaycan əhalisi arasında onsuz da zəif olan sülhə etimadı sıfıra endirir"./Müsavat.com/

 

Versus.Az

Xəbər lenti

Ötən dərs ilində 4 mindən çox şagird sinifdə saxlanılıb

"Əgər həmin uşaqlar üçün ayrı proqram hazırlanıb onu müsbətə doğru dəyişəcəksə, bu, onda başqa məsələ olar"

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

"Müəllimlər şagirdlərin beynini lazımsız məzmunla doldurmağa çalışırlar"

"Valideynləri məktəblərə cəlb etmək çətinləşib"

Məktəbəhazırlıq təhsilin çox əhəmiyyətli hissəsidir

BANM tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər

AQTA axta spirtli içkilər hazırlayan mütəşəkkil dəstəni ifşa etdi

İşğal altındakı irsimiz yox edilir: Nə etməli?

BSU-nun tələbələri esse müsabiqəsinin qalibi olublar - Foto

Fuad Əliyev Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

Məktəblərə summativlərlə bağlı tapşırıqlar verildi

TƏKLİF: Qarabağ icmasına maliyyə dəstəyi vermək üçün fond yaradılsın

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

"Sanki bir alovsan”

İbtidai iş metodikası heç bir halda 5 yaşlılar üçün tətbiq edilməməlidir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

Ailə bugün dünənki formatla yürüməz

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!

Döyüş xatirələrində yaşanan həqiqətlər

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

“...Hər hansı patologiyadan şübhələnsək, müəyyən analizlər tələb edirik”

İGID TEYMURLU yazır: 713-cü hərbi hissəyə gələn yol

Füzuli Alməmmədovun Soyuqbulaq xatirələrindən