“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

15:12 16-05-2019 | icon 622 | Siyasət
“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Xəbər verildiyi kimi, Azərbaycandan  Brüsselə səfər edən rəsmi nümayəndə heyətinə qarşı orada yaşayan bir qrup azərbaycanlının etiraz aksiyası keçirməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Hər kəs, “ xaricdə belə etirazlar keçirməklə ölkəyə hansı xeyiri gətirir və yaxud bununla daha çox kimlərə xidmət edirsən”-sualı ilə çıxış edir.

Qeyd edək ki,  xaricdə ölkə başçısına qarşı edillən bu cür çıxışlar Almaniyada yaşayan həmyerlilərimizi də narahat edib.

 

Hazırda Almaniyada yaşayan hüquqşünas İlqar Altay Versus.Az-a açıqlamasında bir qrup azərbaycanlının Brüsseldəki bu hərəkətini ziyanlı və biabırçı hesab edib. O, bildirib ki, heç bir siyasi yükü olmayan bu aksiya Azərbaycanın adını biabır edən, çox mənasız, cılız, ümumiyyətlə azərbaycanlı mentalitetinə, uygun gəlməyən bir addımdır.

İ.Altay, Azərbaycan müxalifətindən Avropada olan bir nəfər nümayəndənin belə bu “aksiyada” iştirak etməməsini təsadüfi saymayıb.   

 

“Həmin gün Brüsseldə Avropa İttifaqı ilə Tərəfdaşlıq proqramının 10 illiyi munasibəti ilə sammit keçirilirdi. Sammitə Azərbaycan Prezidenti başda olmaqla rəsmi nümayəndə heyəti dəvət olunmuşdu. Aksiyanı keçirənlər bu tədbirin missiyasının nə olduğunu düşünməli idilər. Sammitdə Azərbaycanın Avropa İttifaqına və Avropaya inteqrasiyası məsələləri müzakirə olunurdu ki, bu da ölkəmiz üçün vacib şans, addımdır. Hansı ki, bu, indiki halda bizim ölkənin, xalqın işıqlı dünyaya, Avropaya inkişafı üçün çox vacib strateji və hətta ümummilli məsələsidir”.

İ,Altay bildirib ki, özü Avropada olub, onun imkanlarından  yararlanan bu insanlar, bu tədbrin ökə üçün hansı əhəmiyyətə malik olduğunu daha yaxşı bilməliydilər.

O, üzünü “aksiyaçılara”tutaraq:

Hər bir aksiyanın bir agıllı, siyasi ictimai əsası olmalıdır. Bir Azərbaycana diqqət edib görmürsənmi ki,butun xalqın, hətta müxalifətin belə nəzəri Brüsseldəki sammitdə hansı nəticələrin əldə olunmasına yönəlib.  

İndi sən, bu hay -küylə, bu problemli hərəkətinlə nəyə nail olur və yaxud nəyi pozmaq istəyirsən? Niyə ölkənin, xalqın inkişaf ümidini qırırsan? Bu "aksiyanın", heç yeri idimi? Bəyəm, rəsmilər ora “kurorta”, ziyafətə, şəxsi işlərinə görə gəlmişdilər? Bu aksiya Azərbaycana qarşı pozuculuq addımıdır.  Heç bir gürcü, rus öz dövləti, xalqı üçün bu cür vacib, xeyirxah tədbiri pozacaq addımı atmaz. Buna ancaq təəssüf edirəm.”

 

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol