“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib

16:46 16-05-2019 | icon 386 | Mədəniyyət
“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib

“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib.

Versus.Az Trend-ə istinadən xəbər verir ki,  Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Akademiyanın müəllim-professor və kursant heyəti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyev və AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri namizədi, dosent Səadət Şıxıyeva iştirak ediblər.

Əvvəlcə Akademiyanın rəis müavini Elşad Nəsirov Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonra videoçarx nümayiş olunub.

Akademiyanın fakültə rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov İmadəddin Nəsiminin həyatı, milli ədəbiyyatımızda onun yaradıcılığının, fəlsəfi baxışlarının yeri və rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğu və onun ədəbi irsi barədə danışıb.

 

Filologiya elmləri namizədi, dosent Səadət Şıxıyeva Nəsiminin dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini və insani məhəbbəti tərənnüm etdiyini bildirib. Məruzəçi anadilli şeirin humanist ideyalarla, yəni məzmun, geyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri barədə söhbət açıb.

Sonra kursantların ifasında İmadəddin Nəsiminin qəzəllərinin söylənilməsi və şairin məhkəmə səhnəsini canlandırmaları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol