Bakıda Avropa Regional Sosial Təminat sammiti keçirilib

16:59 16-05-2019 | icon 28 | Sosial
Bakıda Avropa Regional Sosial Təminat sammiti keçirilib

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakıda təşkil edilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində Avropa Regional Sosial Təminat Sammiti keçirilib.

Versus.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetanonun moderatorluğu ilə baş tutan Sammitdə Beynəlxalq Əmək Təşkilatının Sosial müdafiə departamentinin müdir müavini Valeri Şmit məruzə ilə çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanın sosial təminat sisteminin inkişaf etdirilməsi və qarşıya çıxan çağırışlara uyğun olaraq təkmilləşdirilməsi üçün müəyyən edilən prioritetlər, atılan addımlar barədə məlumat verib. O, iştirakçıların suallarını cavablandırarkən, şəffaflığın, sosial ədalətin və sosial xidmətlərdə hesabatlılığın təmin edilməsinin sosial müdafiə və idarəetmənin etibarlı əsaslara istinad etməsi və bu sistemə inamlı yanaşma üçün vacib olduğunu qeyd edib. Bunun effektiv tənzimləyici qanunvericilik çərçivəsi və institutlar, ixtisaslı işçi heyəti və təkmil texnologiyalar sayəsində əldə edilə biləcəyini deyib. Nazir bu mənada Azərbaycanda sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərini, yeni qanunların qəbul olunduğunu diqqətə çatdırıb. Habelə yeni yaradılan qurumların, xüsusilə DOST Agentliyinin bu istiqamətdə xüsusi önəmini qeyd edib.

S.Babayev həmçinin müvafiq fəaliyyət sahələrində elektron texnologiyaların tətbiqi və e-xidmətlərin, eyni zamanda, proaktiv xidmətlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Milli sosial müdafiə sistemlərində bu sahədə aparılan işləri diqqətə çatdırıb.

 

Panel iclasında Rusiya Federasiyası Əmək və Sosial Müdafiə nazirinin müavini Andrey Pudov, BSTA-nın Prezidenti Yoakim Bröyer, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş iqtisadçısı Stijn Broek, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası Direktorunun müşaviri Ermek Kuanışev region ölkələrində sosial təminat sistemləri qarşısında mühüm çağırışlar və aktual vəzifələr barədə yanaşmalarını qeyd edib, sualları cavablandırıblar.

İclasda sosial rifah üçün vacib element olan sosial təminatda inkişaf və təkmilləşmənin davamlı olmasının, bu sahədə qarşıya çıxan çağırışlara uyğun ardıcıl strategiyaların hazırlanması və reallaşdırılmasının önəmi qeyd edilib. /trend/

 

Versus.Az

Xəbər lenti

Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar

Avropa Gənclər Olimpiya Festivalının (EYOF) Heydər Əliyev adına İdman Sarayında keçirilən güləş yarışlarının birinci günündə sərbəst güləşçimiz Əbülfəz Nəsirov (55 kq) Azərbaycan milli komandasının dördüncü medalını qazanıb. Trend-in məlumatına görə, finalda italiyalı Simone Vinçenzo Piroddu ilə qarşılaşan pəhləvanımız 5:10 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənməli olub. Bu çəki dərəcəsində bürünc medalları macarıstanlı Benedek Kiss və rusiyalı Maqomedemi Eltemirov qazanıblar. Qeyd edək ki, Ə.Nəsirov finala gedən yolda britaniyalı Harvey Ridinqsi, gürcüstanlı Bejani Barsonidzeni, rusiyalı Maqomedemi Eltemirovu məğlubiyyətə uğradıb. Beləliklə, güləşçilərimiz Festivalı birinci günündə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Yunan-Roma güləşçilərimizdən Murad Sadıqlı (45 kq) qızıl, Nihad Məmmədli (55 kq) bürünc, sərbəst güləşçilərimizdən isə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) gümüş medala sahib olublar.

II qrup üzrə 400 bal toplayan yeganə abituriyent: “İmtahanlar ərəfəsində də əyləncələrimdən qalmırdım”

Bakıda universitet tələbəsi dənizdə boğuldu

Buzlaqların əriməməsi üçün maraqlı bir üsul tapdılar

Çində məktəbli iki təyyarə oğurlayıb

Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimində iştirak edirlər

"Neftçi" "Arsenal"ı keçsə... - "Trabzonspor"la qarşılaşa bilər

“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb

daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb

Deputat Tayland Qadınlar Federasiyasının nümayəndələri ilə görüşüb

"Nazirlər kabineti yenilənə bilər"

Hindlilərin saç uzatmaq üçün 7 hiyləgərliyi

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İqbal Ağazadə hökumətə səsləndi-VİDEO

“Belə mətbuatın nəyini təbrik edəsən?” - MÜSAHİBƏ

Leyla Yunus Elçibəyi KQB agenti adlandırdı

713-cü batalyonun döyüşçüləri Şəhidlər Xiyabanında olub

DGKA rəisi abituriyentlər və valideynlərlə görüşdü

Bu xəstəliyin ilkin mərhələsində həkimə müraciət mütləqdir

Xarici diplomat AXH-nin ofisinə polis basqısı ilə maraqlanıb

“Azərbaycan mətbuatının ictimai fikrə təsir yükü var” - MÜSAHİBƏ

İnanılmaz: dənizdə boğulub "ölən" gənc ayıldı

Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükələr

Əl quruması - iflici nədir və müalicəsi varmı? /FOTO-VİDEO/

78 yaşında universitetə sənəd verdi

İqbal Ağazadədən Keçikçidağ hadisəsi ilə bağlı sərt mövqe

Polis leytenantı özünü güllələdi

ALDP Keçikçidağ ilə bağlı bəyanat verdi