Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

09:19 17-05-2019 | icon 1480 | Qarabağ
Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Xosrov bəy Sultanovun anım gününün dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Prezidentə müraciət ünvanlandı

 

Dünən, may ayının 16-da jurnalist Ramil Cəbrayılın rəhbəri olduğu karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 140 illiyi ilə bağlı anım tədbiri keçirilib.

 

Versus.Az-ın məlumatına görə, laçınlı ağsaqqal Qəzənfər Hüseyin başda olmaqla ziyalı və tarixçilərin, millət vəkili, jurnalistlərin iştirak etdiyi tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tanınmış jurnalist İlham Tumasın moderatorluğu ilə davam edən tədbirdə ilk olarq Cümhuriyyət tarixinin görkəmli araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu çıxış edib.

Tarixçi Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri olmuş Xosrov bəy Sultanovun zəngin həyat və fəaliyyəti, ölkəmizin müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsində, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlərdən bəhs edib. O, Xosrov bəyin qəhrəmanlıq həyatından, mübarizə yollarından faktlarala danışıb.

 

 

 

Nəsiman Yaqublu çıxışının sonunda təklif edib ki, Xosrov bəy Sultanovun anım günlərinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlansın.

 

Millət vəkili Fazil Mustafa tədbirə çoxlu sayda insanın qatılmasını qeyd edərək, bunun Xosrov bəy Sultanova olan sevgidən xəbər verdiyini vurğulayıb, belə bir tarixi qəhrəmanın yad edilməsini təqdirəlayiq saydıb.

Nəsiman Yaqublunun araşdırmaçılığı ilə əldə edilən ilginc məlumatları və Prezidentə müraciətlə bağlı təklifini dəyərləndirən millət vəkili məsələni Milli Məclisdə qaldıracağını bildirib.

 

Bir laçınlı olaraq Xosrov bəy Sultanovun həyatını müstəqil olaraq bir vətəndaş kimi araşdıran həkim Orxan Cəbrayıl da çıxışında tarixi qəhrəmanımızla bağlı maraqlı nüansa toxunub. Bildirib ki, İstanbulda Feriköy qəbirstanlığında Xosrov bəyin məzarını ziyarət edərkən orada öyrənib ki, qəbir əvvəlcə baxımsız olub. sonradan ziyarətçilərinin çox olduğunu görən məzarlıq nəzarətçiləri göstəriş aldıqdan sonra qəbirin üstünü, ətrafını səliqəyə salıblar.

 

Orxan həkim Xosrov bəyin 140 illiyini qeyd etmələrində məqsədin 70 illik sovet istilası zamanı Xosrov bəyin xalqdan gizlədilmiş, ört-basdır edilmiş, ancaq arxiv sənədlərində və xalqın dilində qalan müsbət xidmətlərini daha geniş formada işıqlandırmaq, toplumun daha geniş kəsimlərinə çatdırmaq olduğunu qeyd edib:

 

“Bu gün bu izdihamı gördükdən sonra əmin oldum ki, doğru yoldayıq. Bu yolda bizə yoldaş olan hər kəs əmin olsun ki, bir azərbaycanlı olaraq ömrünü Azərbaycanın istiqlalı uğrunda mücadiləyə həsr edən, fədakar bir ömür yaşayan bu böyük şəxsiyyətə və onun timsalında bütün Cümhuriyyət qurucularına öz vəfa borclarını yerinə yetirirlər”.

 

Digər çıxışçılar da Xosrov bəy, onun atası Əşrəf bəy, qardaşı Sultan bəyin zəngin həyatından danışıblar.

 

Xosrov bəyin qardaşı İsgəndər bəy Sultanovun nəvəsi Laçın Paşayev tədbirin təşkilatçılarına, zəhməti keçən hər kəsə təşəkkür edərək, araşdırmaçı Nəsiman Yaqublunun səsləndirdiyi faktlardan sonra əlavə şərhə ehtiyac duyulmadığını dedi. Bildirdi ki, Xosrov bəy kimi tarixi şəxsiyyətin anım günlərinin dövlət səviyyəsində qeyd edilməsi təşəbbüsü alqışlanandır və ümid edilir ki, ölkə Prezidenti bununla bağlı müraciətə müsbət cavab verəcək.

 

QEYD: Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın şəhəri) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olub. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.

 1919-cu ilin 15 yanvarında Qarabağın general-qubernatoru təyin olunubr. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt ediblər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilib, Xankəndi və Şuşa geri alınıb.

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanıb. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşayıb, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışıb. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıdıb.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olub.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər