ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib

12:26 17-05-2019 | icon 476 | Təhsil
ADU tələbələrinin ifasında “Leyli və Məcnun” operası səhnələşdirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Dillər Universitetində (ADU) dahi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında yazılmış unudulmaz bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operası səhnələşdirilib.

Versus.Az xəbər verir ki, ADU-dan verilən məlumata görə, rektor, akademik Kamal Abdulla tamaşanın təqdimatının yüksək səviyyədə olduğunu deyib: “Tamaşanı universitetin tələbələrinin ifa etdiyini elan etməsəydilər, aktyorların Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri olduğunu düşünəcəkdim. Son dərəcə nəfis, həssas, səmimi tamaşa alınıb”.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi, xəlifə rektor Salman Quliyevdir.

Tamaşada baş rolları Təhsil fakültəsinin tələbələri Aysel Hacıyeva (Leyli) və Murad Əliyev (Məcnun) ifa ediblər. İbn Səlam obrazını Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi Salman Quliyev, Leylinin anasını Təhsil fakültəsinin tələbəsi Ramilə Musazadə canlandırıb.

 

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də ilk dəfə nümayiş olunan “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində yeni bir dövr açaraq müsəlman Şərqində opera janrının əsasını qoyub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI