Azərbaycan incəsənətində tapıntı - Ləman Dadaşova

17:01 12-03-2018 | icon 4531 | Mədəniyyət
Azərbaycan incəsənətində tapıntı - Ləman Dadaşova

Martın 9-da gənc müğənni Ləman Dadaşovanın solo konserti oldu. Yarat İncəsənət Mərkəzində baş tutan konsert tamaşaçının yeni səsə, yeni ifaya olan ehtiyacını az da olsa ödəyə bildi. Ləmanın qeyri-adi səsi, ifası, səhnədən tamaşaçıya ötürdüyü səmimiyyəti onu bir daha hər kəsə  sevdirdi. Tamaşaçı sanki çoxdan gözlədiyi səsi - müğənnisini qarşıladı və ifalarından böyük bir zövq aldı. Konsert anşlakla qarşılandı. O gün Ləman Azərbaycan incəsənətində yeni bir tapıntı, yeni bir kəşfin nümunəsi kimi çıxış etdi.

Qeyd edək ki, Ləman Dadaşova – caz, pop, caz-rok, rok və klassika daxil olmaqla, ən müxtəlif musiqi janrlarında mahnılar ifa edən, çox nadir kontralto səs tembrinə malik  müğənnidir. 2016-cı ildə "Səs Azərbaycan” televiziya layihəsinin yarımfinalçısı olan müğənni öz səmimiyyəti və təbiiliyi ilə tamaşaçıların yaddaşında necə qalmışdısa, ilk konsert səhnəsində də həmin obrazı ilə onu sevənlərin görüşünə gəldi... Ləman mahnılarını saf bir ürək, açıq düşüncə və bir qədər də ürkəkliklə oxusa da, səsindəki əzəmət və inam tamaşaçını yaxşı mənada təəccübləndirməyi bacardı.

İlk konsertində Ləmanın repertuarında bəstəkar Tofiq Quliyevin iki əsəri yer aldı. Yeni aranjımanda oxunan mahnılar tamaşaçı tərəfindən böyük hərarətlə qarşılandı. Müğənni eləcə də özünün "Tək deyiləm" adlı mahnısını ifa etdi. Hansı ki, 2017-ci ildə bu mahnı ilə ilk klipini təqdim etmişdi.

Qeyd edək ki, konsertdə Azərbaycan klassik mahnıları, həmçinin caz və pop üslubunda məşhur xarici mahnıların kaver versiyaları ifa olunub.

Təbii ki, musiqi hər dildə anlaşılır, sevilir. Yetər ki, ifaçı onu tamaşaçıya sevgi ilə çatdırmağı bacarsın.

Ləman Dadaşova Azərbaycan tamaşaçısının kəşf etdiyi  bir incidr. Onun maraqlı səs tembiri var. Bəziləri yanlış olaraq o səsi “kişi” səsi ilə müqayisə edirlər. Bu, tamamilə yanlışdır. Ləmanın sadəcə və sadəcə heç kəsdə olmayan gözəl nadir səs tembiri var.  O, tamaşaçını həyəcanlandıra biləcək qədər geniş səs diapazonuna malik bir tapıntıdır. O, gənc və səhnəmizə yaraşan  gözəl bir ifaçıdır...

Məhz buna görə də alqışlar, alqışlar alqışlar!

Ləman bir inci kimi qorunmalıdır. O, zamanla incəsənətin zərgər dünyasında aşılanaraq mədəniyətimizə, dünyaya işıq sala biləcək bir istedaddır. Biz onun Azərbaycan mədəniyyətinin inkişafında böyük uğurlara imza atacağına inanırıq.

TAHİRƏ
Vürsus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin