Ərdoğanla Əsəd barışır? – Bölgədə ilginc gəlişmə

18:10 17-05-2019 | icon 517 | Geopolitika
Ərdoğanla Əsəd barışır? – Bölgədə ilginc gəlişmə

“Suriyada müharibənin başlamasından əvvəl bu ölkənin Türkiyə ilə münasibətləri yüksək səviyyədə idi. Bu münasibətlər iqtisadi və siyasi sferaları əhatə edirdi. Suriyalı iş adamları Türkiyə iqtisadiyyatına böyük investisiyalar yatırırdı. Lakin Suriyada hökumətə qarşı başlayan etirazlar Bəşər Əsədlə Rəcəb Tayyib Ərdoğanın münasibətlərinin pozulmasına gətirib çıxardı”.

 

Versus.Az teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq Ramiyə Məmmədova deyib.

Ekspert qeyd edib ki, dövlət başçıları zaman-zaman bir-birinin əleyhinə ittihamlar irəli sürüblər:

“Ərdoğan Əsədi terrorçu adlandırdı, Əsəd isə Ərdoğanı cihdaçı qruplaşmalara yardımda ittiham etdi. Beləliklə, Suriyadakı münaqişə şiddətləndikcə, Əsədlə Ərdoğan arasındakı əlaqələr də qopmağa başladı.

 

Digər yandan, Bəşər Əsəd Rusiya vasitəsilə Türkiyə ilə danışıqlara getməyin – barışmağın yolunu axtarır. Artıq Ərdoğan da Suriyada baş verənlərdə Türkiyənin nə qədər zərər gördüyünü başa düşür. Bu müharibə Türkiyə iqtisadiyyatına böyük zərər vurdu. Müharibə başlayandan bu günədək Suriyadan çıxan qaçqınların əksəriyyəti Türkiyə ərazisində yerləşdi. Bu, Türkiyə iqtisadiyyatına böyük zərbə deməkdir. Bu fonda da Ərdoğanın dilindən əvvəlki kimi Əsəd əleyhinə sərt fikirlərin səslənmədiyini görürük”.

Ramiyə Məmmədovanın sözlərinə görə, Türkiyə hökuməti mümkün zərərləri nəzərə alaraq, Əsədlə anlaşmaya getməkdə maraqlı ola bilər:

“Bu anlaşma YPG və PKK kimi terror təşkilatlarının Suriya-Türkiyə sərhədlərindən uzaqlaşdırılmasını özündə əks etdirə bilər. Bu baxımdan, Əsəddən tələb oluna bilər ki, bu terror təşkilatlarını Türkiyəni təhdid etməyəcək qədər nəzarət altında saxlasın.

Suriyalı qaçqınların öz vətənlərində yerləşdirilməsi Türkiyənin gündəliyində olan məsələdir. Bu iki məsələnin həlli Ərdoğan və Əsədin barışmasında əsas amil ola bilər”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür