Fransada Qarabağ müzakirəsi

20:07 17-05-2019 | icon 426 | Qarabağ
Fransada Qarabağ müzakirəsi

Fransaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.

 

Versus.Az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər və iki ölkə arasında əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd ediblər.

Tərəflər münasibətlərin daha da dərinləşdirilməsinin və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov fransalı həmkarı ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu ilə bağlı fikir mübadiləsi aparıb. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib.

Həmçinin, nazirlər Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illiyi üzrə Brüssel sammitinin nəticələri və Aİ-Azərbaycan arasında yeni strateji əhəmiyyətli tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra, tərəflər qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ilə bağlı müzakirələr aparıblar.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İran guya Azərbaycandan təhlükə gözləyirmiş kimi aranı qarışdırır”

Əsən Ana əlləri

Laçınlılardan atəşkəsin pozulmasına REAKSİYA

“İranın bu təhdidləri yeni deyil”

“Azərbaycan və İsrailin müvafiq qurumları kifayət qədər hazırlıqlıdır”

“Amerika ilə Fransa Rusiya ilə gizli danışıqlara gedəcək”

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

“Ludus”un təsisçisi Bakıda

Novxanıda ağır QƏZA

Azərbaycanda Ramazan bayramı qeyd olunur

“Bu, İranın Türk Birliyi qorxusundan irəli gələn məqamlardır”

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

Diplomu tanınmayan universitetlərin siyahısı açıqlanacaq

Qeyri-etik paylaşımlar edən şəxslər HƏBS OLUNDU