Sabah Marneulinin siması seçiləcək

10:47 18-05-2019 | icon 460 | Dünya
Sabah Marneulinin siması seçiləcək

Hüseyn Yusubov: “Rayonun mer vəzifəsinin yükünü çəkə biləcək şəxs ancaq Zaur Darğallı ola bilər”



Sabah Gürcüstanın Marneuli rayonunda mer seçkiləri keçiriləcək. Seçki kampaniyası başa çatmaq üzrədir, bu müddət ərzində merliyə namizədlər öz təbliğat və təşviqat işlərini yüksək səviyyədə həyata keçiriblər. Mediada, tv-lərdə debatlar keçirilib, hər bir namizəd seçki platformasını ictimailəşdirib, seçicilərlə görüşlərdə onları maraqlandıran suallara cavablar verilib və s.



Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov Avrasiya.net-ə namizədlərin seçki kampaniyasına hazırlıqları, necə keçirildiyi və digər məsələlərlə bağlı fikirlərini bölüşüb. Versus.Az həmin açıqlamanı təqdim edir.



Xatırladaq ki, Marneuli rayonu mer kürsüsü uğrunda 4 azərbaycanlı mübarizə aparır - hakim “Gürcü Arzusu” Partiyasının namizədi Zaur Darğallı, “Vahid Milli Hərəkat” partiyasının namizədi Aqil Mustafayev, müstəqil namizəd Əli Bədirov və “Avropalı Gürcüstan” Partiyasından namizəd Əhməd İmamquliyev.



GAK sədri H.Yusubov bildirib ki, seçki təbliğat və təşviqat kampaniyası sakit və maneəsiz keçdi. Heç bir qarşıdurma, ziddiyətli hallar baş vermədi. Bu da Gürcüstanda seçki, seçici və namizədin təbliğatının aparması mədəniyyətindən, demokratiya, söz, fikir azadlığının bir təzahürüdür. Namizədlərin seçiciləri tərəfindən yüksək səviyyələrdə qarşılanması, onlarla ünsiyyətdə olması, namizədlərin seçicilərlə görüşləri, onların suallarına təmkinlə cavab verməsi prosesi əhalinin seçkinin demokratik və şəffaf şəkildə keçəcəyinə əsas yardır:

“Hər bir namizəd rayonun mərkəzində, kəndlərdə seçicilərilə görüşüblər, öz təbliğatlarını yüksək səviyyədə aparıblar. Namizədlərin özləri də prosesin belə asan, maneəsiz, heç bir qanun pozuntusu hallarıyla üzləşmədiklərindən razı qaldıqlarını ifadə ediblər”. 


H.Yusubov qeyd edib ki, özü başda olmaqla GAK fəalları könüllü olaraq seçkiyə hazırılıq, seçicilərlə görüşüb namizədlərin seçki kampaniyalarının necə aparıldığı prosesinin monitorinqini aparıblar:

“Mənim və GAK fəallarının bir neçə gündür bəzi kəndlərdə apardığımız müşahidələrimizin qənaəti belədir ki, seçicilər namizədlər arasında Zaur Darğallıya daha çox üstünlük verirlər. Bu da xalq arasında onun tanınması və xalqın ona inamından irəli gəlir. Atalarımız yaxşı deyib: “Elin gözü tərəzidir”. Seçicilərin əksəriyyəti bu seçimdə yanılmayacağını bildiyindən Zaur Darğallının üzərində dayanıblar”. 


GAK sədri bildirib ki, Zaur Darğallıda dövlətçilik, idarəetmə təcrübəsi, qabilliyyəti var. Bundan başqa Zaur Darğallı xalqın içindən çıxan sadə bir vətəndaşdır, daim soydaşlarımızın yanında olub, sadəliyi, səmimiliyi, insanlığı ilə seçilib, hörmət qazanıb:

“Yəni onun üçün vəzifə, kürsü ikinci plandadır, xalqının maraqları öndədir. Vəzifə xalqa daha yaxşı xidmət göstərmək üçün bir vasitədir. Zaur Darğallının amalı xalqa xidmət etməkdir. Zaur Darğallı hansı yüksək vəzifəni tutmağına baxmayaraq, daim xalqının xidmətçisi olub. Onun üçün bundan böyük vəzifə, missiya yoxdur”.


H.Yusubov onu da qeyd edib ki, hər bir dövlətdə bütün seçkilər öncəsi namizədlər seçicilərinə vədlər verirlər. Bu yazılmamış bir qanundur:

“Amma çox nadir hallarda namizəd seçilməzdən öncə verdiyi vədi seçiləndən sonra yerinə yetirir. Bilirsiz, seçilmək əsas şərt deyil. Əsas o vəzifənin yükünün altına girib onu çəkmək, seçicilərin sənə göstərdiyi etimadı doğrultmaqdır. Azərbaycanlı namizədlərin hamsını yaxşı tanıyıram, hər birinin özünə məxsus potensialı, təcrübəsi, qabiliyyəti, bacarığı var. Hər birinə hörmətim böyükdür. Amma o həqiqətdir ki, Marneuli kimi böyük bir rayonun mer vəzifəsinin yükünü çəkə biləcək şəxs ancaq Zaur Darğallı ola bilər. Marneuli rayonu aqrar rayondur, sosial problemlərimiz çoxdur, onların həll olunması üçün Zaur Darğallının planları, layihələri var. 

Zaur Darğallı rayonumuzun, əhalinin illərdir yığılıb qalan, həllini gözləyən problemlərini qısa zaman kəsiyində həll edəcək gücündədir. Onun bu barədə öz fikirləri, təklifləri, strateji və taktiki planları var. Mən soydaşlarımıza sabah keçiriləcək mer seçkilərində ən layiqli namizədə səs verməyə səsləyirəm. O namizədə səs vermək lazımdır ki, rayonumuzun siması olsun, bizim birimiz olsun, bizim səsimizlə mer seçiləndən sonra bizdən ayrılmasın, yanımızda olsun. Ümid edirəm ki, sabah seçicilərimiz düzgün seçim edəcəklər, bir daha onlara verilən yalan vədlərə aldanmayacaqlar. Sabah seçəcəyimiz, səs verəcəyimiz Marneulinin siması, hər birimizin üzünü ağartmalıdır, etimadımızı doğrultmalıdır. Həmin sima ancaq və ancaq Zaur Darğallı ola bilər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI