Qədim sənətin müasir ustası - FOTO/VİDEO

13:53 18-05-2019 | icon 917 | Maraqlı
Qədim sənətin müasir ustası - FOTO/VİDEO

Goranboyda yaşayan Mənsur Nurəliyev illərdir yerin dərinliklərinə enərək su quyuları qazmaqla məşğuldur.

 

Qrunt sularının üzə çıxarılması üçün su quyularının qazılması bəşəriyyətin ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən hesab olunur.

 

Versus.az oxuşaz-a istinadən xəbər verir ki, Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev də qədim kənkan sənətini elə o dövrlərdə olduğu kimi davam etdirir. O, 15-20, hətta 25 metr dərinliyi olan quyunu bel, ling və külüngün köməyilə qazır.

 

Dayısından öyrəndiyi peşəni yaşadan usta dərinliklərdə hər adamın işləyə bilmədiyini deyir. Böyük zəhmət bahasına başa gəlsə də, kənkan az vəsaitlə evləri həyat mənbəyi olan su ilə təmin etməyi bacarır.

 

Mənsur Nurəliyev qazıntını yalnız dekabr-may ayları aralığında aparır. Çünkü isti vaxtlarda yerin altında müəyyən qazlar yaranır ki, bu, işləməyi mümkünsüz edir.

 

Qədim peşənin müasir ustası sənətinin təhlükəli olduğunu deyir. Amma o, ehtiyatı əldən verməyib işinə davam edir.

 

Qədim kənkan sənəti göründüyü qədər asan deyil. Gün ərzində 4-5 kub torpaq çıxaran iki nəfər, müasir texnikaların gördüyü işə bərabər çalışır. Bir həftə, 10 gün davam edən işin müqabilində kənkan hər qazılan bir metr üçün 25-30 manat pul alır.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol