Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

18:04 18-05-2019 | icon 1219 | Qarabağ
Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

Mayın 18-i, Laçının işğalından 27 il ötür... Qazilər, laçınlılar və paytaxt sakinləri Şəhidləri ziyarətə gəlir...

 

 

 

 

713 saylı hərbi hissənin döyüçüləri, eləcə də digər bölüklərdən olan qazilər Şəhidlər Xiyabanını ziyarət edirlər. Versus.Az xəbər verir ki, döyüşçülər şəhidlərin məzarı önündə dayanaraq, işğal altında olan torpaqlarımızı müharibə yolu ulə olsadageri alacaqlarına and içirlər.

 

Onlar “ən gözəl erməni - ölü ermənidir” deyərək, Xiyabanda uyuyan döyüşçü qardaşların qisasını ancaq bu yolla alacaqlarını bəyan edirlər. Bildirirlər ki, yalnız o zaman döyüş yoldaşlarının ziyarətinə utanmadan, çəkinmədən gələ biləcəklər ki, düşmən üzərində qələbə zəfərini çalsınlar.  

 Ziyarət zamanı məzarlığı qarış-qarış gəzən döyüşçülər qəbirlərin üzərinə gül dəstələri qoyaraq, Şəhidlərin ruhlarını ehtiramla anıb, ruhlarına dualar oxuyurlar…

 

Onlar susmadı, məzada yatan döyüşçü dostlarının qəbir daşlarını əhatəyə alaraq xatirələrini danışdılar, sızlayan ürəklərini yalnız döyüşlə ovuda biləcəklərini dedilər:  

 

713 saylı hərbi hissənin döyüçüləri ziyarətlərinin məqsədlərini bu cür anladırdı:

  “Laçının işğal günü Şəhidlər Xiyabanına gəldik döyüşçü qardaşlarımıza deyək ki, siz döyüşərək şəhid oldunuz, amma biz hələ də sağıq və hələ də torpaqlarımızı, Laçını erməni cəlladlarının tapdağından xilas edə bilmirik. Buna görə mənən çox əzab çəkirik...

 

Gəlmişik deyək ki, biz torpağımız uğrunda sizin kimi şəhid olmağa hazırıq. Biz silaha sarılıb döyüşməyə hazırıq. Artıq bu utanc hissi ilə yaşaya bilmirik. Gəlmişik, amma əliboş gəlmişik hüzurlarına... İnşallah bir gün də qələbə müjdəsi ilə gələrik ziyarətlərinə və o gün Şəhidlərin ruhu şad olar. Bu gün isə onların ruhu narahatdır. Məzarları nə qədər güllərə qərq olsa da, həqiqi cənnəti torpaqlar işğaldan azad olunandan sonra qazanacaqlar...

 

 

Döyüşçülər yalnız o zaman şəhidlərin ziyarətinə utanmadan, niskil yaşamadan bir vüqarlı Azərbaycan kişisi kimi başını uca tutaraq gələcəklər. Biz döyüşçülər, müharibə istəyirik və Ali baş komandanın əmri ilə döyüşməyə, Şəhid olmağa hər an hazırıq, biz artıq bu utanc hissi ilə yaşamaq istəmirik”

 

 

Bu gün Şəhidlər Xiyabanına gələn o uşaqları görəndə, ürəyim qan ağladı, parçalandı. Biz 27 ildir ki, utanc hissi yaşadığımız o müsibəti gələcək nəsillərə qoyub gedə bilmərik. Biz döyüşməli və torpaqlarımızı quldurlardan təmizləməliyik. Yalnız o zaman rahat ölə bilərik....

 

713-cü hərbi bölüyün üzvləri təşkilatlanmaq, nizamlı bir qurum kimi fəaliyyət göstərmək və torpaqların hərblə geri alınmasının zamanı gələndə ön cərgələrdə dayanmağı qarşılarına məqsəd qoydular.

713-cü Laçın bölüyü sanki döyüşə gedən qəhrəman əsgər ruhuilə bu gün bir daha Şəhidlər Xiyabanında “düzləndilər”...

 

 

Reportajın davamı gələn sayımızda... Bu dəfə qazilər özləri danışacaq...

 

Versus.Az
Tahirə Qafarlı

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər