Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

20:09 18-05-2019 | icon 512 | İdman
Bakıda Avropa çempionatında 5 lentlə qrup hərəkətlərində finala yüksələn komandalar məlum olub

Bu gün Bakıda Milli Gimnastika Arenasında 5 lentlə qrup hərəkətlərində bədii gimnastika üzrə 35-ci Avropa çempionatının finalına yüksələn komandalar məlum olub.

Versus.Az-ın məlumatına görə, finala Rusiya (21.225 bal), İsrail (20.350 bal), Belarus (18.950 bal), Ukrayna (18.450 bal), İtaliya (18.300 bal), İsveçrə (17.400 bal), Litva (17.325 bal), İspaniya (17.300 bal) yüksəliblər.

Azərbaycan komandası 17.300 bal nəticə ilə 9-cu yeri tutub və finala yüksələ bilməyib.

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

 

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi