"Əsirlikdə qalan Laçınım"
Xırdalan şəhər 7 saylı tam orta məktəbdə "Əsirlikdə qalan Laçınım" adlı dəyirmi masa keçirilib. Dəyirmi masa məktəbin Ədəbiyyat müəlliməsi Aynurə Rəcəbovanın moderatorluğu ilə təşkil olunub.
Mayın 18-də Azərbaycanın strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən Laçın rayonunun işğalından 27 il keçməsi ilə əlaqədar keçirilən dəyirmi masada, Laçın rayonu haqqında maraqlı müzakirələr aparılıb.
Torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğalı zamanı uğrunda qəhrəmancasına döyüşüb həlak olanların xatirəsi Laçınla birlikdə anılıb.
Dəyirmi masa şagrdlərin Laçın və işğal faktı haqqında daha geniş məlumatlar almaları üçün maraqlı bir dərs saatı kimi yadda qalıb.
,
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”