Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

15:01 19-05-2019 | icon 733 | Siyasət
Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...
 

Azərbaycanda soyqırımlar törətmiş erməni qatillərinin işğal olunmuş ərazilərimizdə abadlıq işləri aparmaları, bağçalar, məktəblər, istirahət guşələri tikdirmələri davam edir. Bizlər isə işğal günlərini qeyd edir, ürəyi sızlayır.

Yazıqlar olsun ki, hazırki prosesdə anlamaqda çətinlik çəkdiyimiz, beynəlxalq aləmdə aparılan dişsiz siyasət, bir daha ortaya qoyulur. Biz şeyriyyət, romantika, idman yarışları ilə məşğul olub baş qatarkən, işğal edilən ərazilərdə erməni ailələri yerləşdirilir.

 

Biz acizlik nümayiş etdirdikcə, ermənilər, havadarları, öz dəstəkçiləri ilə üzərimizə gəlirlər. Ən acınacaqlısı, bəzi hallarda bu prosesdə Türkiyə vətəndaşlarının, iş adamlarının iştirakı məsələsidir.

 

Rəsmilərimiz isə işğal faktına "beynəlxalq rakusun" ikili diqtəsinə tabe olaraq yanaşırlar. Bəs bizim milli ləyaqət hissi harda ölüb?..

 
 
Bunun yoxluğunu Laçının işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarətə gedərkən müşahidə etdik. İşğal faktları sakitiklə qarşılanır. Köhnə döyüşçülər silaha sarılmaq, torpaqları işğaldan azad etmək eşqi ilə yanıb-yaxılarkən, rəsmilər belə günlərdə sakit dayanır, görünmürlər. Bu, Laçının işğal günündə ən azı  İcra hakimiyyətindən Şəhidlər Xiyabanına baş çəkilməməsi ilə özünü bir daha göstərdi.  İşğal faktının rəsmi müstəvilərdə bu cür sakitliklə qarşılanmasını anlaya bilmirəm. Yəqin buna kimsə aydınlıq gətirər...
 
Problemə laqeyd yanaşmalar, siyasətçilərimizin cəsarətsizliyi təbii ki, ermənilərə, onların havadarlarına,elə qardaş dediyimiz Türkiyədən gələrək bir baş işğal olunan, soyqırım törədilən Azərbaycanın Xocalı şəhərinə getməsinə də yol açır. Belə olmasaydı, türkiyəli iş adamı Xocalıda öldürülən, nizəyə keçirilən məktəbli Azərbaycan uşaqlarının qanları üzərində öz vampir balalarına bağça, məktəblər salmazdılar....Nə qədər rəzil olasan ki, bu cür ədalətsizlikləri sakit qarşılaya biləsən.
 
Versus.Az bir daha xatırladır ki, mayın 18-də- Laçının İşğal günündə "Hayastan" ümumerməni fondu Azərbaycanın işğal olunmuş  Xocalı rayonun Şuşakənd kəndində yeni uşaq bağçası tikib, istifadəyə verib. Azərbaycan mətbuatı da sakitcə informasiyanı paylaşıb...nə etsin, işi budur.
 
Xəbər verirlər ki, 90 uşağın təhsil alacağı uşaq bağçasının maliyə dəstəyi Türkiyədə yaşayan erməniəsilli  Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu tərəfindən maliyələşdirilib. Baxça sentyabr ayından fəaliyyətə başlayacaq.
 
Layihə haqqında məlumat verən Türkiyəli iş adamı Griqor Şəmşiroğlu deyib: "Bu bizim Qarabağa 5-ci, ya da 6-cı səfərimizdir. Buna qədər Daşaltı kəndində uşaq bağçası və məktəb tikintisi həyata keçirtmişik. Burada həyatın canlanması bizə güc verir. İndən belə də yeni layihələrin həyata keçməsinə dəstək olacağıq".
 
Azərbaycanlılar dünən                                                          Ermənilər bu gün
 
Ümid Partiyasının sədr müavini, şəhid qızı Tamilla Qulaminin bu mənada narahatlıq dolu yazısı, qəzəb dolu üsyanı diqqət çəkməyə bilməz. O, öz statusunda yazır ki, bu xəbər təbii olaraq insanları qıcıqlandırır. Yenə Türkiyəni asıb-kəsməyə başlayırlar ki, niyə öz ölkəsinin erməni əsilli iş adamına bizim torpaqlarda nəsə tikməsinə icazə verir. Deyir ki, bu kimi məsələləri saytlarımız qabartmaqla qəhrəmanlıq etmir, sadəcə xəbər verir bizə, tüstümüzü təpəmizdən çıxardır, sonra da o tüstünü cırdığımız kitab vərəqləriylə yelləyirik, keçir...

T.Qulami deyir ki, bu məlumatı yaymaqdansa, imzatoplama kampaniyasını başlatsalar daha yaxşı olardı. Çünki saytları daha çox nəfər izləyir. Nədən imzatoplama kampaniyalarına üz tutub vətəndaşları, höküməti, aidiyyatı qurumları bu cür addımların qarşısının alınması üçün səsləmirlər?

"Türkiyə hökümətinə də müraciət ünvanlamalıyıq ki, öz vətəndaşlarına bununla bağlı rəsmi şəkildə xəbərdarlıqlar etsin. Biz hərəkət etməsək, boş versək kimsənin umrunda olmayacaq. Sonra da millətlər arasında təxribat başlayır, hökümətlərin səhvi ucbatından bir-birimizə olmazın sözlərini deyirik. Ermənistan tərəfi işğal olunmuş ərazilərdə tikinti aparmaqla Bişkek Protokoluna da zidd çıxır.

Xocalı soyqırımını soyqırım kimi tanımayan hökümətin özü başqa ölkələrdən Xocalıya ədalət istəyir. Açın bütün portalları, baxın, harda sənədli-sübutlu Xocalı ilə bağlı SOYQIRIM yazısı var? Hər yerdə "qətliam" kimi gedir. Varsa, mənə də yollayın lütfən. Bilirdinizmi ki, Xocalını soyqırım kimi tanımaq üçün Türkiyə BMM bizdən sənədlər istəmişdi buna dair, amma olmadı. Bizlər Xocalıya qətliam deyib keçirik. Amma 24 aprel ermənilərin uydurma soyqırım məsələsinə başqa ölkələr qətliam deyəndə sevinirlər ki, ura, soyqırım demədilər, qətliam dedilər. Özü isə... Yəni özü özünə sahib çıxmayana kimsə sahib çıxmayacaq. Kimsələrdən nəsə ummağı buraxıb, dövlət kimi, vətəndaş kimi özümüz özümüzə sahib çıxmalıyıq!"

Bəli, çox haqlıdır. Erməni işğalına və işğal olunmuş ərazilərimizdə aparılan antiazərbaycan siyasətinə qarşı dövlət səviyyəsində, ciddi tədbir görülməsə, qəti addımlar atılmasa, erməni üçün nə petisiya, nə  imzatoplama, heç biri fərq etməyəcək. İqbal Ağazadənin bir sözünün üzərində dayanırıam ki, işğal altında olan ərazilərimiz bombalanmalıdır. Erməni artıq Azərbaycanın zarafat etmədiyini görməli, dişlərinin iti olduğunu  hiss etmlidir. Eyni zamanda rəsmi müstəvidə, bütün vətəndaşlar torpaqlarının işğaldan azad olunması ilə bağlı tətikdə dayandırılmalıdır. Amma təəssüf, hələ ki, bu istiqamətdəki əzik siyasətimizdən istifadə edən ermənilər, torpağımızda tökdükləri qanımızı içərək pərvazlanırlar...
 
Məsələ ilə bağlı Türkiyə siyasi ekspertlərinə müraciət etdik, hələ ki, bir açıqlama yoxdur...
 
 
 
/Versus.Az-ın analitik şöbəsi/
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər