Rasim Balayevi imtahanlara buraxmırlar -

16:09 19-05-2019 | icon 61 | Mədəniyyət
 Rasim Balayevi imtahanlara buraxmırlar -

Xalq artisti, "Şöhrət" ordeninə layiq görülmüş Rasim Balayevi bildirdiyi iradlara görə, artıq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanlarında iştiraka dəvət etmirlər. Məşhur aktyor gələcək aktyorların seçim sistemindən narazıdır.

 

Versus.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunları Rasim Balayev özü Bakı Kitab Mərkəzində tamaşaçılarla keçirdiyi görüş zamanı deyib. Sevimli aktyorla görüşə çox sayda pərəstişkarları və yaradıcı ictimaiyyətin nümayəndələri gəlib. Balayev gecə boyu publikanın onun yaradıcılığı, yeni planları və məşhur filmi "Nəsimi"nin çəkilişləri ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

 

Aktyor hesab edir ki, Azərbaycan teatrı və kinosunda artıq uzun müddətdir sakitlik hökm sürür. Balayev bunun səbəbini gələcək aktyorların seçiminin düzgün aparılmaması ilə izah edib. Onun fikrincə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə, Bakı Rəssamlıq Akademiyasına, Milli Konservatoriyaya daxil olan insanlar digər imtahanları da verməlidir və insanların istedadını nəzərə almaq lazımdır.

"Bir dəfə məni Mədəniyyət və İncəsənət Universitetinin qəbul imtahanında iştiraka dəvət etdilər. Mən bir neçə iradımı bildirdim və görünür, bu, kiminsə xoşuna gəlməyib. Bundan sonra daha məni çağırmadılar. Onda mən digər mədəniyyət xadimləri ilə birlikdə həqiqi aktyorluq istedadı olan beş gənci seçmişdim. Lakin sonra bildim ki, onlar test imtahanları zamanı lazımi balı toplamadıqlarına görə universitetə daxil ola bilməyiblər", - deyə Balayev təəssüflə bildirib.

Onun fikrincə, qız və oğlanların əksəriyyəti aktyorluq istedadı olmaya-olmaya Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Çünki oranın balları yüksək deyil. Balayev hesab edir ki, hər bir insan peşə seçərkən öz qabiliyyətinin bu və ya digər ixtisasa uyğun gəlib-gəlmədiyini nəzərə almalıdır.

Balayev əmindir ki, aktyorun yeri əvvəlcə teatrdır, sonra isə kino. O, evdə rusiyalı həmkarlarının müsahibələrini oxuyur və heyran qalır ki, onlar üçün birinci yerdə teatr sənətidir. Artist hesab edir ki, hər bir aktyor teatrda işləməlidir. Kinoya isə pul və populyarlıq xətrinə çəkilmək lazımdır. Balayev təəssüf edir ki, Azərbaycanda aktyorlara kinoya çəkilərkən ən azı Rusiyadakı qədər yüksək qonorar vermirlər.

Xalq artisti ona böyük populyarlıq qazandıran "Nəsimi" filmindəki məşhur rolundan da danışıb. Onun sözlərinə görə, o illərdə Azərbaycan şairi Nəsimi haqqında praktiki olaraq, heç nə bilmirdilər. Sadəcə məktəb dərsliklərində onun bir neçə şeiri dərc olunmuşdu. Sonralar onun yaradıcılığına həsr olunmuş tədbirlər keçirməyə başladılar və onda Həsən Seyidbəylidə Nəsiminin həyatı haqqında film çəkmək ideyası yarandı. Film kifayət qədər uğurlu alındı. Aktyor hesab edir ki, bu, təkcə onun uğuru deyil, bütün çəkiliş komandasının uğurudur.

"Bu filmin çəkilişinə qədər beş filmin kastinqlərində iştirak etmişdim və hər dəfə də eyni cavabı almışdım - sizin zahiri görkəminiz ekran üçün uyğun deyil. Nəsimi filmində iştirak etmək üçün seçmələri mənim üçün şok oldu. Dərhal düşündüm ki, hansısa epizodik rolu oynayacağam və əgər oyunum zəif alınsa, heç kəs fərqinə varmaz. Biləndə ki, mən Nəsiminin özünü oynayacağam, çox sevindim. Başa düşdüm ki, ya bu rol mənə uğur gətirəcək, ya da mən digər peşə ilə məşğul olmalı olacağam" - deyə Balayev bildirib.

 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

713-ün Laçında düzənlədiyi parad

"Bu, islahat deyil, utancverici göstəricidir"

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bəs Əli Kərimli niyə susur?"

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Qəbrin nurla dolsun şəhidim...

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Qızlarınızın dizini sındırmayın