Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

00:29 20-05-2019 | icon 29 | Gündəm
Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir

Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir.

 

Versus.Az bildirir ki, bunu Rusiyanın əməkdar idman ustası, müxtəlif beynəlxalq idman yarışlarının qalibi, Olimpiya Oyunlarının gümüş mükafatçısı Yana Batırşina deyib.

Y.Batırşina bildirib: "Biz hamımız Azərbaycan Gimnastika Federasiyasının prezidentinin kim olduğunu bilirik - bu, Birinci xanım və Birinci vitse-prezident Mehriban Əliyevadır. Əlbəttə, bunların hamısı onun sayəsindədir, bunlar hamısı onun böyük xidmətidir. Mehriban Əliyevanın gimnastikanı necə sevdiyi, nə qədər güc və ruhunu qoyduğu görünür və bu işin nəticələri göz qabağındadır".

Əməkdar idman ustası qeyd edib ki, Azərbaycanda bədii gimnastika böyük addımlarla inkişaf edir.

Bu gün Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının yekunlaşması haqqında danışan Y.Batırşina yarışların təşklilinin yüksək səviyyəsini və həm gimnastlar, həm də tamaşaçılar üçün yaradılan yaxşı şəraiti qeyd edib.

Olimpiya Oyunlarının gümüş mükafatçısı həmçinin Azərbaycan gimnastlarının ustalığını dəyərləndirib. Onun fikrincə, ölkənin gəlnclərdən ibarət yığması əsas heyətin layiqli əvəzidir.

Bundan əlavə, Y.Batırşina azərbaycanlı gimnast Zəhra Ağamirovanın çıxışını da qeyd edib: "Zəhra Ağamirova çox güclüdür, mən onun bəzi çıxışlarına, məsələn, topla çıxışına vurğunam".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilmiş bədii gimnastika üzrə Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edib.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edib./trend/

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Neqativlərin heç biri kimsəyə vətəni qorumamaq haqqı vermir” - MÜSAHİBƏ

Prezident İlham Əliyevə açıq məktub

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AXCP-də film olayı, yoxsa xəyanət?

"Prezidentin yeni vəzifələrə təyin etdiyi generallar peşakar kadrlardır"

“Güc olmayacaqsansa, heç kimə lazım deyilsən, basıb əzəcəklər” - MÜSAİBƏ-2

“Bu xəstəlik tədricən, hətta bilinmədən başlaya bilər”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı - II yazı

Türkiyənin tanınmış şair, yazar və aydınları ilə görüş

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

“Qarabağ münaqişəsi tələbələrin gözü ilə” adlı layihə başa çatıb

“Bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır”

İstedadlı Əlillər İB sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb

Mənim şəhid əsgər yoldaşım

Bu xəstəliyin müalicəsi erkən başlandıqda sağalma ehtimalı yüksək olur