XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

10:10 20-05-2019 | icon 682 | Geopolitika
XIN “Hayastan”ın Qarabağda elədiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməlidir...

“Qarabağda erməni həyasızlığının bu dərəcədə geniş vüsət alması, hardasa Azərbaycan olaraq bizim öz günahımızdır. Dövlət olaraq göstərdiyimiz loyallıq,  tolerantlıq, sülhsevərlik başımıza bəladır. Hardasa belə münasibət sərgiləməklə erməniyə şərait yaradırıq. Onlar Azərbaycanda etdikləri öz hərəkətlərini torpaqların işğalı kimi deyil, öz ata-baba yurdlarının azad olunması kimi qələmə verirlər. Gərək Paşinyan Şuşada qol açıb Azərbaycan yallısına oynayanda bizim müdafiə nazirliyimiz onun cavabını yaxşı verəydi. Yaxud, aprel döyüşləri bərpa olunmalı idi ki, bunlar Azərbaycanın öz torpaqlarını kiməsə vermək fikrində olmadığını anlasınlar”.

 

 

Bunu Versus.Az-a  politoloq Ramiya Məmmədova Laçının İşğal günündə "Hayastan" ümumerməni fondunun Azərbaycanın işğal olunmuş  Xocalı rayonun Şuşakənd kəndində yeni uşaq bağçası tikib, istifadəyə verməsi faktını şərh edərlkən bildirib.

Qeyd edək ki,  90 uşağın təhsil alacağı uşaq bağçasının maliyə dəstəyi Türkiyədə yaşayan erməniəsilli  Davidcyan, Ekserdcyan və Qriqor Şəmşiroğlu tərəfindən maliyələşdirilib. Baxça sentyabr ayından fəaliyyətə başlayacaq.

 Layihə haqqında məlumat verən Türkiyəli iş adamı Griqor Şəmşiroğlu deyib ki, bu onların Qarabağa 5-ci, ya da 6-cı səfəridir. “Buna qədər Daşaltı kəndində uşaq bağçası və məktəb tikintisi həyata keçirtmişik. Burada həyatın canlanması bizə güc verir. İndən belə də yeni layihələrin həyata keçməsinə dəstək olacağıq"- erməni deyib.

 

 

Politoloq  "Hayastan" erməni fondunun 1992-ci ildə təsis edildiyini və dünya üzrə geniş fəaliyyət göstərdiyini deyib. R.Məmmədova bu qurumun həm də diaspor fəaliyyəti ilə məşğul olduğunu  qeyd edərək,  dünyanın hər bir tərəfindən nüfuzlu və maddi cəhətdən imkanlı ermənilərin ora daxil olduğunu önə çəkib.

“Fondun əsas vəzifəsi guya Ermənistanda və Dağlıq Qarabağda ümummilli layihələrin həyata keçirilməsi, infrastrukturun inkişafı ilə bağlıdır.  Bu ermənilər Ermənistana maddi və mənəvi tərəfdən böyük dəstək verirlər. Qurumun dünyanın bir çox ölkəsində televiziya kanalları, qəzetləri və digər informasiya vasitələri var ki, bu da Şimali və Cənubi Amerikadan tutmuş Asiyaya kimi digər ölkələrdə yayımlanır.  Bu əlbəttə ki, böyük bir platforma deməkdir. Bu qurum beynəlxalq aləmdə  böyük diapazona malikdir. Bu təşkilat Ermənistana tək maliyyə deyil, həm də siyasi dəstk verir.  Quruma müxtəlif ölkələrdən olan iş adamları, həm də erməni siyasətçilər də daxildir.  Bir sözlə onu Ermənistan faşizminə dəstək verən erməni havadarlarının qurumu kimi də  qələmə almaq olar”.

 

R.Məmmədova bir müddət bundan öncə Türkiyə əsilli ermənilərin Qarabağa səfərə etməsini və  orada çıxışı zamanı Ermənistana dəstəkdən, maddi və mənə köməkdən danışmalarını eyni ssenarinin davamı kimi qeyd edib. O, bildirib ki, Şuşanın işğal günü Paşinyanın qol açıb Azərbaycan mahnısına yallı getməsi, bunun ardınca Laçının işğal günündə “Hayastan” fondunun Xocalıda bağça açıması həyasızcasına edilən hərəkətlərdir.

 

“Əlbəttə biz çalışırıq ki, problem sülh yolu ilə, beynəlxalq qanunlar çərçivəsində, qan tökülmədən həll olunsun. Lakin erməni millətçiləri, faşistləri bundan sui-istifadə edirlər. Digər tərəfdən, burda Rusiya faktoru da çox böyük rol oynayır. Müharibə başlayarsa biz Ermənistanla deyl, Rusiya ilə üz-üzə dura bilərik.  Bundan öncə aprel döyüşlərində 4 günlük müharibənin dayandırılmasında da Rusiya rol oynadı. Lakin real fakt da var ki, nə Rusiya, nə də beynəlxalq aləm,  Qarabağı Azərbaycana qaytarmaq fikrində deyil. Rusiyanın mövqeyi 30 ildir bəllidir. Eləcə də Minsk qrupunun da mövqeyi bəllidir.  Beynəlxalq aləmin isə münaqişə ilə bağlı mövqeyi əməldə deyil,  sözdədir”.

 

Bu mənada politoloq hesab edir ki, Azərbaycan öz probleminə qarşı qəti mövqe sərgiləməlidir. Onun fikrincə, yalnız bu halda müəyyən irəliləyişlər əldə edilə bilər. R.Məmmədova eyni zamanda Azərbaycan diasporalarının fəaliyətində ciddi islahalara gərək duyulduğunu ifadə edib.

“Bizim “sıfır”, səfiyyədə fəliyyət göstərən diasporalarımızın ölkələrdə yaratdığı lazımsız qurumları nə maddi, nə də mənəvi cəhətdən heç bir iş görmürlər. Bizim yalnız öz xeyirlərinə çalışan sıfır diasporamız var.  Bizim diasporalarımızın fəaliyyətsizliyi Azərbaycana böyük zərbə vurur”. 

Əlbəttə ki, hər məsələnin həllini dövlətdən gözləmək olmaz. Biz azərbaycanlılar, bu dövətin vətəndaşları  olan hər bir insan Azərbaycan üçün əlindən gələni etməlidir.  Xarici İşlər Nazirliyi “Hayastan”ın Qarabağda etdiyi layihələrə beynəlxalq aləmdə münasibət bildirilməsini təmin etməli, məsələni beynəlxalq səviyyədə  həll etməlidir”.

 

Ləman

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı