Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

13:32 20-05-2019 | icon 561 | Geopolitika
Nikol Paşinyanın çağırışı ilə Ermənistanda vətəndaşlar məhkəmələrin giriş-çıxışını bağlayıb

Bazar ertəsi baş nazir Nikol Paşinyanın çağırışı ilə Ermənistan vətəndaşları ölkə ərazisində bütün məhkəmə binalarını əhatəyə alıb, giriş və çıxışlarını bağlayıb, heç kəsi binaya buraxmırlar.

 

Onun çağrışına səbəb məhkəmənin sabiq prezidenti Robert Koçaryan-ı sərbəst buraxması olub.

Şənbə günü Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın sabiq prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişib, onu ölkəni tərk etməmək şərtilə sərbəst buraxıb.

Məhkəmənin qərarı Ermənistanda ictimai narazılığa səbəb olub və kütləvi etiraz aksiyaları ilə qarşılanıb.

Ermənistanda etirazlar

Ötən il "məxməri inqilab"dan sonra hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan inqilabın ikinci mərhələsini elan edib.

"Səhər saat 8:30-da bütün məhkəmələrin giriş və çıxışlarını bloklayırıq: heç kəs daxil ola bilməsin. Saat 12:00- da mənim nitqim birbaşa efirdə yayılacaq", - öz Facebook səhifəsində Paşinyan yazıb.

Daha sonra gecə saatlarında Paşinyan Facebook vasitəsilə canlı yayımda bir daha tərəfdarlarına müraciət edib.

"Bizi Ermənistanı həqiqətən azad və demokratik etmək məqsədimizdən heç nə yayındıra bilməz. Mən sonacan gedəcəyəm və məni heç nə saxlaya bilməz. Neçə ki, xalq mənə etimad edir, mən ona qulluq edəcəyəm", - o deyib.

Paşinyan etirazçıları ehtiyatlı olmağa, təxribatlara uymamağa və zor tətbiq etməkdən çəkinməyə çağırıb.

Robert Koçaryan

Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya quruluşunu devirməkdə və iri məbləğdə rüşvət almaqda ittiham edilir.

Koçaryan ötən ilin dekabr ayından həbs olunub, istintaq aparılır.

Onun barəsində həbs qətimkan tədbirinin dəyişməsi üçün tanınmamış Dağlıq Qarabağ Respublikasının sabiq və hazırkı liderləri Arkadi Ğukasyan və Bako Sahakyan Ermənistan məhkəməsinə müraciət edərək Koçaryanın azadlıqda istintaq prosesinə maneə olmayacağı və ölkəni tərk etməyəcəyinə zəmanət vermiş və hərəsi 500 min dram girov qoyublar.

Cümə axşamı günü Arkadi Ğukasyan və Bako Sahakyan öz zəmanətlərini təsdiq etmək üçün Qarabağdan Yerevan məhkəməsinə gəliblər (BBC Azərbaycan)

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...