PFL prezidenti: "Naxçıvandakı insanlara sevinc bəxş etmək borcumuzdur"

17:06 20-05-2019 | icon 423 | İdman
PFL prezidenti: "Naxçıvandakı insanlara sevinc bəxş etmək borcumuzdur"

“Qələbə “Qəbələ”yə yaraşır. Neçə ildir finala çıxsalar da, kuboku götürə bilmirdilər”.

 

Versus.Az “Report”a istinadən xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qəbələ”nin Azərbaycan Kubokunun finalında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub etdiyi oyundan sonra deyib.

Qurum rəhbərinin sözlərinə görə, hər iki komanda qələbəyə layiq futbol sərgiləyib: “Sumqayıt” da öz komandamızdır, ancaq əziyyət baxımından “Qəbələ” layiq idi. Sevindirici haldır ki, biri finala gedən yolda “Qarabağ”ı, digəri “Neftçi”ni saxladı. Hər ikisi uğur qazanamağa layiq idi”.

Musayev finalın keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasının seçilməsinə də aydınlıq gətirib: “Bu gün həm yağış yağdı, həm də sərin hava oldu. Mayın 19-da Naxçıvanda havanın belə sərin olacağına heç kim inanmazdı. Hər bir bölgə bizim üçün əzizdir. Naxçıvan Muxtar Respublikası neçə ildir blokadada olan bölgəmizdir. Buradakı insanlara sevinc bəxş etmək borcumuzdur. Tutumu 13 min olan stadionda ən azı 7-8 min azarkeş vardı. Onların sevincini nə ilə əvəz etmək olardı?”

“Qəbələ”yə əvvəlki illərdə Yuri Syomin və Roman Qriqorçuk kimi tanınmış əcnəbi məşqçilər rəhbərlik etsə də, əyalət təmsilçisi ilk titulunu yerli mütəxəssisin rəhbərliyi altında qazanıb. Musayev bu məqamı gülərək belə şərh edib: “Sənan Qurbanov da legionerdir. O da Gürcüstandadır, yerlimdir. Təbrik edirəm”.

Musayev finala Naxçıvan Muxtar Respublikasının rəhbər şəxslərinin, AFFA prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədovun da gəlməsini xüsusilə qeyd edib: “Bu məqam həm futbolçulara, həm azarkeşlərə, həm də bizə xoş gəldi”.

PFL prezidenti bildirib ki, müəyyən problemlərin fonunda Azərbaycan Kubokunun əldə olunması “Qəbələ”nin fəaliyyətini davam etdirməsinə təkan ola bilər. O, rəhbərlik etdiyi qurum tərəfindən bu dəfə jurnalistlərin Naxçıvana səfərinin təşkil olunmamasına da toxunub: “Hər şey maddiyata bağlıdır. Bu baxımdan imkanımız olmadığı üçün səfər təşkil edə bilmədik. Naxçıvana səfər üçün 3-5 nəfər meia nümayəndəsi seçmək də düzgün olmazdı”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür