Eyyub Yaqubovun konserti ətrafında qalmaqal böyüyür - üzr istəmə tələbi

18:25 20-05-2019 | icon 342 | Cəmiyyət
Eyyub Yaqubovun konserti ətrafında qalmaqal böyüyür - üzr istəmə tələbi

Xalq artisti Eyyub Yaqubovun İsveçdə Laçının işğal günündə konsert verdiyi barədə səslənən iddialarla bağlı qalmal böyüyür.

Versus.Az Yeni Müsavat-a istinadən xəbər verir ki, konsert tədbirinin təşkilatçısı, Vahid Azərbaycan Dərnəyinin rəhbəri Ayə Coşqun və İsveçdə siyasi mühacir kimi yaşayan Kənan Hacıəkbəroğlu məsələ ilə bağlı fikirlərini açıqlayıb. 

 

A.Coşqun iddiaları yalanyaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar tədbir təşkil etdiklərini və bunun da mayın 17-də deyil, 18-də keçirdiklərini söyləyib. Eyni zamanda, o, E.Yaqubov səhnədə oxuyan zaman video-kadrlarda erməni bayrağının keçməsinə də aydınlıq gətirərək, bunun təxribat olduğunu bildirib. Bununla bağlı hətta bir sıra faktlar da açıqlayıb. Ayə Coşğun bildirib ki, söhbət konsertdən öncə nümayiş olunan filmdən gedir. Həmin filmdə bir sıra ölkələrlə yanaşı, Ermənistan bayrağının da görüntüsü var.

K.Hacıəkbəroğlu isə, tədbirin keçirilməsinə sərt etirazını bildirərək, orada iştirak edənlərin vətənpərvər olmadığını qeyd edib. Siyasi mühacir daha ciddi ittiham səsləndirərək, tədbirin təşkilatçılarının pul qazanmaq üçün belə konsert təşkil etdiklərini bildirib.  

K.Hacıəkbəroğlunun dedikləri ilə bağlı İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev müsavat.coma  zəng edərək öz fikirlərini bildirib. O, açıqlamasında Kənan Hacıəkbəroğlunun dediyi sözlərə görə üzr istəməsini tələb edib:

“Mayın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı tədbir olub. Biz də o tədbirdə iştirak etmişik. Eyni zamanda, Azərbaycanın İsveçdəki səfirliyində çalışanlar, koordinasiya şurasının üzvləri və digər şəxslər iştirak ediblər. Biz məqaləni oxuyandan sonra özümüzü təhqir olunmuşuq hesab etdik. O adam sizin qəzetə deyir ki, tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Bu ifadə düzgün deyil. Azərbaycandan çıxan bizim kimi şəxslər elə adamlardan daha çox vətənpərvər olurlar. Vətənin sevgisini, vətənə olan qayğıları burada hiss edirik. Nə qədər pafoslu olsa da, ürəkdən deyirəm ki, biz azərbaycanlıyıq, burada ölkəmizin mövqelərindən çıxış etməliyik, onun maraqlarını hər yerdə qorumalıyıq. Damarlarımızda azərbaycanlı qanı axır. Bizim üçün öncə Azərbaycan, ondan sonra İsveç gələ bilər. Bir daha deyirəm ki, tədbir 17 mayda deyil, ayın 18-də olub. Orada çox hörmətli şəxslər iştirak ediblər. Tədbirə Danimarikadan, Hollandiyadan diaspora təmsilçiləri qatılıb. Çox istərdim ki, həmin şəxs tədbirdə iştirak edənlərdən üzr istəsin. Digər tərəfdən, məqalədə biznes məsələsini qaldırır ki, guya oradan pul qazanırıq. Bununla bağlı əlimdə kifayət qədər sübutlar var və bunu Ayə Coşqun faktlarla sizə təqdim edə bilər. Eyyub müəllim bu tədbirdə pulsuz oxumaq üçün gəlib. O, Azərbaycanı tanıtdırmaq üçün bura səfər edib. Ayə xanımın bu tədbirdən pul qazanmaq niyyəti ola bilməz”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol