Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

19:24 20-05-2019 | icon 558 | Təhsil
Millət vəkili Qovlarda müəllim və şagirdlərlə görüşüb

Qənirə Paşayeva: “Uşaqlarımızın hərətərfli yetişməsinə diqqətimizi daha da artırmalıyıq”

 

Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində yerləşən İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada müəllim və şagirdlərlə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Qovlar şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada yüksək səviyyədə aparılan təmir-bərpa işləri, yaradılmış şərait, yeni tikilimiş əlavə bina, gimnaziyada görülən işlərdən sonra şagirdlər üçün yaradılan yaxşı şəraitlə tanış olub, gimnaziyada görülən yüksək təmir-bərpa işləri, yaradılan yüksək şəraitə görə ilk öncə cənab Prezidentə təşəkkür edirik deyib.

 

Qovlar şəhəri İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada bir müddət əvvəlki ağır vəziyyətinə toxunan millət vəkili hamımızın müraciətini nəzərə alaraq, gimnaziyada yüksək səviyyədə təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, gimnaziyada təhsil alan uşaqlar və tədris edən müəllimlər üçün ən yaxşı şərtlərin yaradılması üçün biz-tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurumlara təşəkkür edirik deyib.

 

Gimnaziyanın xüsusi təhsil bölməsində təhsil alan 41 nəfər sağlamlıq imkanları məhdud uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib və gimnaziyada yaradılan yüksək şəraitin onların həyatına müsbət təsir göstərəcəyinə inandığını deyib. Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezident Mehriban Əliyevanın uşaq evlərinə, internat məktblərinə, fiziki imkanları məhdud uşaqlara böyük diqqət və qayğısını xüsusi vurğalayan millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar və özəlliklə fiziki imkanları məhdud uşaqlarımızın oxumazına, təhsil almasına daha çox dəstək olmalıyıq deyib.

 

Q.Paşayeva gimnaziyada təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. O, Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan digər uşaqlar və müəllimlər də görüşüb, onlarla da geniş söhbətər edib.

 

Millət vəkili Qovlar inteqrasiya təlimli internat tipli gimnaziyanın müəllimlərinə müraciət edərək gimnaziyada təhsil alan uşaqlara təhsil verməklə yanaşı, onlara həssas davranmağın önəmini qeyd edib, uşaqların təhsilli, mənəvi dünyalarının zənginləşməsinə, bir şəxsiyyət kimi formalaşmalarına diqqəti artırmalıyıq və müəllimlər bu istiqamətdə xüsusi rol oynayır deyib.

 

Millət vəkili hər bir uşaqla ayrıca söhbət edib, onlara hədiyyələr təqdim edib. Q.Paşayeva müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə etməklə yanaşı, onları Ramazan ayı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində və həyatlarında uğurlar arzulayıb, söhbət edib və müəllimləri maraqlandıran sualları cavablandırıb.

 

Qeyd edək ki, Qovlar şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada 780 nəfər təhsil alır, onlardan 102 nəfər aztəminatlı ailədəndir. Q.Paşayeva aztəminatlı ailələrdən olan uşaqlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb, hədiyyələr təqdim edib.

 

Millət vəkili eyni zamanda Qovlar şəhərində yerləşən məktəblərin müəllimləri və şagirdləri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb və uşaqlarımızın hərtərəfli yetişməsinə diqqətimizi daha da artırmalıyıq deyib. Müəllimlərə müəllifi olduğu kitabları imzalı hədiyyə edib, təhsilində fərqlənən şagirdlərə isə hədiyyələr təqdim edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin