AXH üzvləri polisə aparılır

20:03 20-05-2019 | icon 361 | Siyasət
AXH üzvləri polisə aparılır

Son günlər Azərbaycan Xalq Hərəkatının bəzi üzvlərinin polisə çağırılması haqda xəbərlər yayılıb. Hərəkatdan bildirilir ki, qurumun bir neçə üzvü polisə dəvət edilir. Versus.Az Musavat.com-a istinadən bildirir ki, bu barədə AXH İdarə Heyətinin üzvü, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu  məlumat verib.

 

Onun sözlərinə görə, hətta AXH-nin İdarə Heyətininn iki üzvü İlyas Abdullayev, Yavər Mikayılov hələ də saxlanılır. Səbəbini isə rəsmi açıqlamırlar. Ağasif Şakiroğlu bildirib ki, AXH-də təmsil olunan GAP-ın üzvləri Kənan Manafov saxlanılıb, Mirqulam Əliyev axtarılır, Azər Bərdəli, AXH-nin Bərdə rayon şöbəsinin sədri Tahir Allahverdiyev Bərdədə polis şöbəsinə çağırılıb və telefonu əlindən alınıb, AXH-nin Mərkəzi Aparatının rəhbəri Rəşid Nazim Binəqədi polisi tərəfindən saxlanılıb və buraxılıb,

AXH-nin mətbuat xidmətinin rəhbəri Aslan Həmidli Binəqədi polis şöbəsinə aparılıb və 9 saat saxlanıldıqdan sonra buraxılıb: “Bu siyahıda adı olanların sayı onlarladır. Biz hesab edirik ki, bu baş verənlər AXH-nin Məclisindən sonra güclənməsi, fəallaşması və mayın 25-nə təyin etdiyi mitinqlə bağlıdır. Düşünürlər ki, AXH-nin mitinqinə icazə verilməyəcəyi halda AXH icazəsiz aksiya keçirə bilər. Halbuki, bizə hələ mitinqlə bağlı cavab verilməyib və AXH-nin icazəsiz mitinq qərarı yoxdur. Hələ bir cavab versinlər, sonra cavaba uyğun olaraq İdarə Heyəti toplanacaq. Mitinqə görə təzyiqlər, həbslər, hədələr başlandığına şübhə etmirik. AXH İdarə Heyətinin üzvü olaraq Hərəkat üzvlərinə qarşı başlanan bu qanunsuzluğa etiraz edirəm”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı