İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

23:19 20-05-2019 | icon 361 | Dünya
İran aşağı faizli uran istehsalını 4 dəfə artırdığını bəyan edib

İran aşağı faizli uran istehsalını artırıb.

 

Versus.Az xarici mediaya istinadən bildirir ki, bunu İran Atom Enerji Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.

Onun sözlərinə görə, bu gündən 3,67 faizlik uranın istehsal həcmi 4 dəfə artırılıb. Məlumata görə, bu, sentrifuqaların sayının artırılması, faiz dərəcəsinin artırılması və ya sentrifuqaların növünün dəyişdirilməsi anlamında deyil, mövcud vəziyyətdə uran istehsalını 4 dəfə artırmaq deməkdir.

B.Kamalvəndi bildirib ki, uran istehsalın 4 dəfə artırılması qarşı tərəf üçün bir mesajdır:

“Uran istehsal potensialının və sentrifuqaların sayının artırılması potensialı daha çoxdur. Ona görə də gec olmadan biz 3,67 faizlik 300 kiloqramdan artıq uran istehsal etmiş olacağıq. Deməli, yaxşı olar ki, qarşı tərəf tez bir zamanda lazımi addımları atsın”.

İran Atom Enerji Təşkilatının sözçüsü İranın növbəti addımı və uranın 20 faiz zənginləşdirilməsi ilə bağlı bildirib ki, “bizim texniki ehtiyacımız və yüksək çinli rəsmilərin göstərişi bizim növbəti addımlarımızı müəyyənləşdirməkdə təyinedici rol oynayacaq”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür