BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirir

12:32 21-05-2019 | icon 389 | Cəmiyyət
BMT-nin Əhali Fondu jurnalistlər üçün təlim keçirir

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyinin dəstəyilə jurnalistlər, bloqqerlər və vloqqerlər üçün “Gender əsaslı cins seçimi mövzüsunun işıqlandırılması üzrə media işçilərinin bacarıqlarının artırılması” mövzusunda 2 günlük praktik seminara start verib.

 

Versus.Az xəbər verir ki, seminar Avropa İttifaqıının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” qlobal proqram çərçivəsində təşkil olunub. Layihənin məqsədi oğlan uşaqlarına üstünlük verilməsi probleminin və doğulan uşaqlar arasında gender əsaslı cins seçiminin aradan qaldırılması məqsədilə həyata keçirilən milli təşviqat kampaniyasına medianı cəlb etmək olub. Layihənin yerli tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurasıdır.

 

Seminarda gender ayrı-seçkiliyi, gender əsaslı zorakılıq və s. bu kimi mövzuları işıqlandıran media nüməyəndələrinin doğulan uşaqların cins nisbətinin pozulmasının səbəb və nəticələri haqqında məlumatlılığının artırılması məsələsi müzakirə ediləcək. Bununla yanaşı, iştirakçılara ənənəvi və yeni media vasitələrinin, sosial media alətlərinin bu mövzudakı təşviqat işində istifadə olunması üçün praktik biliklər veriləcək.

 

Seminarın açılışında BMT-nin Əhali Fondunun demoqrafik inkişaf üzrə müşaviri Nərminə Məlikova doğulanların cins nisbətinin pozulması ilə Azərbaycanda və dünyada mövcud vəziyyət mövzusunda məruzə edib. O, qeyd edib ki, Azərbaycanda doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının qarşısının alınması artıq bir neçə ildir ki, BMT-nin əsas mövzularından birini təşkil edir:

 

“Təəssüf ki, əvvəllər Şərqi Asiyada müşahidə olunan bu fenomen sonradan ölkəmizdə özünü biruzə verməkdədir. Apradığımız ən son məlumatlara görə gələcəkdə əhalinin struktur dəyişikliyində bu məsələ çox pis nəticələrə gətirib çıxara bilər. İllərlə davam edən Çin və Hindistan təcrübəsi onu göstərir ki, kişilərin sayının çox olması nəticəsinə kişilər evlənməyə qadın tapa bilmir, zorakılıq davranışları, bununla əlaqədar kriminal hadisələr artıq. Həmçinin gəlin qaçırtma, erkən evlənmə, insan alveri də artır. BMT olaraq bu problem bizi çox narahat edir”.

 

Qeyd etmək lazımdır ki, edilən müdaxilələrin uğurunu təmin etmək üçün 4-cü hakimiyyətin, yəni mətbuatın rolu çox vacib və önəmlidir. Mövcud gender streotiplərin dərinləşməsi və yaxud aradan qaldırılmasında mətbuat önəmli rol oynayır. Çox təəssüf ki, son illərdə qadınların sosial-iqtisadi həyatda daha fəal rol oynamağa baxmayarq, hələ də mətbuatda müəyyən problemlər var. Bunun üçün də mətbuatı bu mövzuda daha fəal olmağa çağırırıq”.

 

Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev də mövcud problemin narahatlıq doğurduğunu bildirdi:

“Əgər bu gün BMT kimi qlobal qurumlar bu mövzuya diqqət ayırrısıa deməli həqiqətən problem var, mövcuddur. Tarixə baxsaq bizim Nüşabə kimi qadın rəhbərlərimiz olub. Və yaxud yüz il öncə parlamentdə qadınlarımızın seçmək hüququ olub. Həmçinin qadınlarımız ənənəvi olmayan peşələrdə çalışıb, məsələn pilot olub. Ata-babalarımız da deyib ki, hər bir gözəl ailəinin arxasında güclü qadın durur. Lakin bəzən görürük ki, mətbuatda utancverici məsələləri bəzən qabardırlar. Məhz qadın olduğuna görə onun üzərinə daha çox gedilir. Səbəb nədir? Məsələn nəqliyyatda qadın avtomobil qəza tördəndən bunu jurnalistlər daha çox bəzəyib verir. Bu da media üçün yolverilməzdir”.

 

Daha sonra, seminarın əsas təlimçisi Türkiyədən dəvət olunmuş media mütəxəsisi Ayşe Karabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu və Mətbuat Şurası tərəfindən ərsəyə gələn müəllifi olduğu “Gender jurnalistikası” adlı təlim kitabçasını təqdim edib. Kitabça qadın hüquqları, gender bərabərliyi, gender zorakılığı və digər oxşar mövzularda yazan jurnalistlərə əyani vəsait rolunu oynayacaq.

 

Seminar zamanı Ayşe Karabatın təqdimatında qız övladları ilə bağlı gender diskriminasiyası, medianın bu məsələdə rolu, jurnalistlərin fəaliyyəti, sosial mediada gender məsələsində bilərəkdən və ya bilməyərəkdən aparılan yanlış siyasət və s. məsələlər ətrafında müzakirələr aparılacaq.

 

Qeyd edək ki, BMT-nin Əhali Fondu reproduktiv sağlamlıq və hüquqların təşviqinə çalışan BMT-nin aparıcı təşkilatıdır. Azərbaycanda fəaliyyət göstərdiyi 25 il ərzində BMT-nin Əhali Fondunun səyləri əhalinin mövcud və gələcək ehtiyaclarının müvafiq şəkildə həll olunması üçün milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi üçün demoqrafik məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın artırılmasına yönəlib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol