Şəkidə fermerlərə qaydalar izah olunub

14:41 21-05-2019 | icon 617 | İqtisadiyyat
Şəkidə fermerlərə qaydalar izah olunub

May ayının 20-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin təşkilatçılığı ilə Şəki rayonunda “Dənli və dənli-paxlalı bitkilərdə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda tarla şəraitində elmi-praktiki təlim keçirilib.


Versus.Az xəbər verir ki, fermerlər, mütəxəssislər və aqrar inkişaf könüllülərinin iştirakı ilə baş tutan təlimdə Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin aparıcı mütəxəssisi Rais Nürəddinov dənli və dənli paxlalı bitkilərdə kimyəvi mübarizə tədbirlərinin həyata keçirilməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması mövzusunda geniş məruzə ilə çıxış edib.

Təlimçi çıxışında toxumların dərmanlanması, eləcə də zərərvericilərə və xəstəliklərə qarşı mütəmadi müşahidələr aparmaqla lazımi tədbirlərin yerinə yetirilməsinin vacibliyini diqqətə çatdırıb. Təlim zamanı aqrotexniki tədbirlərin kompleks şəkildə yerinə yetirilmiş sahələrdən birinə baxış keçirilib və zəif qulluq olunan sahə ilə müqayisə edilib.

“Dənli və dənli paxlalı bitkilərdə bitki mühafizə tədbirlərinin həyata keçirilməsində texniki təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda çıxış edən Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Tələt Mehdiyev, pestisidlərlə işləyərkən işçi məhlulun hazırlanmasında xüsusi geyim vasitələrindən istifadə olunması, çiləyici aqreqatların nizamlanması qaydasını iştirakçılara ətraflı izah edib və bu tədbirlərin həyata keçirilməsində bitki mühafizə mütəxəssisləri ilə məsləhətləşmələrin vacib olduğunu iştirakçıların diqqətinə çatdırıb. Son illər Şəki rayonu ərazisində dənli və dənli-paxlalı bitkilərdə zərərli orqanizmlərə qarşı aparılan bitki mühafizə tədbirləri barədə məlumat verən T.Mehdiyev, qlobal istiləşmə ilə bağlı zərərli orqanizmlərin aqressivliyinin və virulentliyinin xeyli artdığını fermerlərin diqqətinə çatdırıb.

Patogen orqanizmlərin yeni-yeni rass və ştamplarının əmələ gəldiyini söyləyən təlimçi, əvvəl iqtisadi əhəmiyyət kəsb etməyən zərərli orqanizmlərin zərərli fəaliyyətinin xeyli çoxaldığını vurğulayıb: “Bütün bunlar isə mübarizə tədbirlərində inteqrir mübarizə sisteminə keçməyi tələb edir. Məhz bu gün keçirilən təlim də inteqrir mübarizə sisteminin ən vacib hissəsi olmaqla zərərli orqanizmlərin qarşısının alınmasında xüsusi əhəmiyyət kəsb edir”.

Təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, təlim iştirakçılarına “Pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına dair təlimat” vərəqələri paylanılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI