“Bu xəstəlik fərqli əlamətlərlə, fərqli yaşlarda ortaya çıxır”

15:54 21-05-2019 | icon 1549 | Sağlamlıq
“Bu xəstəlik fərqli əlamətlərlə, fərqli yaşlarda ortaya çıxır”

Nərminə Abbasova: “Xəstəliyi qıcıqlandıran təsirlərdən mütləq uzaq durmaq lazımdır”

 

Hazırda yaz fəslidir. İsti yay günlərinə bir ay qaldı. Amma hələ ki, yaz bitməyib, sağlıq durumu ilə bağlı ehtiyatlı olmaq lazımdır.

 

Mayomed Medical Fizioterapiya Mərkəzinin baş həkimi Nərminə Abbasova Versus.Az-a açıqlamasında bildirib ki, yaz fəslində allergik və asmatik xəstələr daha həssas olurlar.

 

Həkim-terapevt bildirib ki, yaz fəslində ağacların çiçəklənmə dövrü olduğundan allergik insanlarda risk faktorları artır. Tozlanma baş verdikcə, toza qarşı allergiyası olanlarda burun axması, öskürək, qaşınma, gözdən su axma, nəfəs yollarında tutulma, tənginəfəslik, boğulma, halsızlıq əlamətləri ola bilər. Bu cür hallarda insanlar mütləq həkim allerqoloqa müraciət etməlidir:

 

“Allergik və asmatik reaksiyası olanların immun sistemi zəif olduğu üçün onlar virus və infeksiyalara daha tez məruz qalırlar. Bu cür xəstələr fəsil dəyişikliyi zamanı daha ehtiyatlı olmalıdır. Soyuq fəsillərdə bronxit, pnevmaniya, yuxarı tənəffüs orqanlarının iltihabı, bakteriyal, virus mənşəli infeksiyalar, revmatik xəstəliklər, oynaq xəstəlikləri və sair baş qaldırır. Yaya doğru getdikcə havalar isindiyi üçün viruslar məhv olur və xəstəliklər də azalır. Ancaq istənilən hallarda allergik xəstələr ehtiyatlı olmalıdır”.

 

Mövsümi xəstəliklərin fəsil dəyişkənliyi vaxtlarına təsadüf etdiyini deyən Nərminə xanım vurğulayıb ki, qışdan bahara keçid zamanı immun sistemi zəifləyir:

 

“Bu da vitamin çatışmazlığı ilə əlaqəli olur. İmmun sistemi zəif olanda, orqanizm virus və infeksiyon xəstəliklərə qarşı həssas olur. Zəifləmiş orqanizm virus və infeksiyalara qarşı müqavimət göstərə bilmir. Ona görə də, virus və kəskin respirator xəstəliklər artır. Bunun qarşısını almaq üçün immun sistemini möhkəmləndirmək lazımdır. İmmun sistemini möhkəmləndirilməsi məqsədilə bal və bal məhsulları, çiçək tozu, güləm, qara zirə, exonaseya bitkilərindən istifadə etmək olar”.

 

Gəlin görək Astma xəstəliyi nədir, əlamətləri hansılardır, keçicidirmi və Astma üçün istifadə edilən müalicəvi bitkilər təsirlidirmi?

 

Astmanın insanlar arasında ən çox rast gəlinən xroniki xəstəliklərdən biri olduğunu deyən həkim-terapevtin sözlərinə görə, bu, uşaqlar arasında da daha çox yayılan xəstəliklərdəndir:

 

“Bu xəstəlik fərqli əlamətlərlə, fərqli yaşlarda ortaya çıxır. Ağırlıq dərəcələrinə görə müalicə üsulları da fərqli olur. Məhz buna görə də xəstənin yaxınlarında bununla bağlı bir çox suallar yaranır. Astma ağciyərin hava daşıyan nəfəs borularının üst təbəqəsinin həddən çox həssas olması səbəbindən yaranan bir xəstəlikdir. Astma xəstəliyə yetkin yaşlarda tutulanların ağciyərində qalıcı fəsadlar törətmir. Astmanın xəbərdaredici göstəricisi nəfəs almada problem yaranmasıdır, yəni nəfəs darlığının meydana gəlməsidir. Bununla yanaşı, öskürək tutması, nəfəs alma sürətinin artması, xırıltı kimi əlamətlərlə də astma özünü göstərir”.

 

Nərminə xanım əlavə edib ki, Astma keçici bir xəstəlik deyil. İnsandan insana keçmə halları sıfıra bərabərdir. Ancaq irsi olaraq keçən bir xəstəlikdir. Həkim Astmanın genlə keçən xəstəlik olmasının sübut edildiyini vurğulayı:

 

“Astma xəstəliyi diaqnozu ilə həkim nəzarəti altında olan xəstələrin idmanla məşğul olmasına məhdudiyyət qoyulmur. Xüsusən də uşaqların üzgüçülük başda olmaqla, bir çox idman növləri ilə məşğul olmaları mümkündür. Ümumiyyətlə, astmanın müalicə növləri arasında aktivlik, sosial həyat tərzi və idman vacibdir.

 

Astma və allergiyanın bağlılığına gəlincə, insanda allergiya yaradan maddələrə allergik maddələr deyilir. Allergik maddələrdən uzun müddət istifadə etmək astmaya səbəb olan iltihab yaradır. Xəstəliyi qıcıqlandıran təsirlərdən mütləq uzaq durmaq lazımdır".

 

Həkim qeyd edib ki, müalicə həkimin təyin etdiyi kimi aparılmalıdır. Əks təqdirdə, astma tutmaları həyatı risk altına sala bilər. Belə ki ağır və təxmin edilməyən astması olanlar ani ölümlə üz-üzə gələ bilərlər. Nərminə xanımın sözlərinə görə, Astmanın müalicəsində əsas şərt xəstə insanın bir müddət keçirdiyi həyat tərzindən uzaq olması və uyğun dərmanlardan istifadə etməsidir.

 

Astma müalicəsinin dərmanlarına gəlincə, həkim bildirib ki, Astma müalicəsində iki növ dərman istifadə edilir: xəstəliyi nəzarət altında saxlayan və müvəqqəti rahatladan. Həkimin sözlərinə görə, xəstəliyi nəzarət altında saxlayan dərmanlar uzun müddət istifadə edildikdə allergik iltihaba təsir edir. Rahatlandırıcı, nəfəsaçıcı dərmanları isə özbaşına istifadə etmək olmaz:

 

“Xəstəliyi nəzarətdə saxlayan dərmanlarla bərabər lazım olduğu təqdirdə qısa müddətli rahatlandırıcı dərmanlar da atmaq olar. Nəzarətdə saxlayan dərmanlar istifadə etdikdə xəstəliyin heç bir əlaməti müşahidə edilmir. Bu isə xəstəliyin sağalması və dərmanların təsir etməsi demək deyil”.

 

DİQQƏT!

Əgər siz AllergiyaAstma xəstəlikləri ilə bağlı daha geniş məlumat almaq və ya müalicə olunmaq (və ya yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”