“Fuad Abbasovu aradan götürmək istəyirlər”

16:18 21-05-2019 | icon 2838 | Cəmiyyət
“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kifayət qədər savadlı, fəaliyyətini hansısa siyasi konyuktura ilə yox, ümumazərbaycan mövqeyindən sərgiləyən və erməni millətçi siyasətinin iç üzünü ifşa edən güclü, mübariz jurnalistdir”.

 

Versus.Az xəbər verir ki, bunu siyasi ekspert İlqar Altay öz statusunda yazıb. 

 

İ.Altay bildirib ki, F.Abbasov Rusiya tv-lərində, öz vətənpərvər xüsusiyyətlərini milyonların önündə sübut edib.

Ekspert bildirib ki, ermənilər və onlarla mövqeləri üst-üstə düşən bütün antiazərbaycançı qüvvələr üçün Fuad Abbasov yeni bur problem kimi  təzahür olunurdu və.... 

 

"Təbii ki, onlara müqavimət göstərən belə bir şəxsi nə yolla olur-olsun, aradan götürmək istəyirlər. Ona görə biz hökumət və cəmiyət olaraq Fuad Abbasovu dəstəkləməli, qorumalıyıq. Belə bir vəziyyətdə Fuada qarş qaldırılan ittihamların əsassız olmasını, güclü vəkillər vasitəsilə sübuta yetirməliyik. Rusiya hakimiyyət orqanlarına qarşı ictimai əsaslı etirazlarla çıxışlar etməklə Fuad Abbasovun işinin ədalətli həllinə nail olmalıyıq. Eyni zamanda bu prosesin bizim xeyrimizə həll olunmaması ehtimalı ilə digər variantlara da hazır olmalıyıq. Elə bir əvəzləyici variantımız olmalıdır ki, Fuadın fəaliyyəti heç də dayanmasın və antiazərbaycan çetesi üçün təsirsiz ötüşməsin. Belə ki, Fuad Abbasovun Azərbaycana dönüşündə onun fəaliyyətini daha enerjili və güclü davam erdirməsi üçün şərait yaratmaq lazımdır. Bu dəfə beynəlxalq müstəvidə. Fikrimcə, biz Azərbaycan savaşında yeni və daha da effektli Fuadı görərik”.

 

İ.Altay daha sonra bildirib ki, artıq Fuad Abasovla bağlı məsələ aydınlaşdı. Məlum oldu ki, bu iş sifarişli olub.
 
"Fuada qandal da vurublar, möhkəm döyüblər də, işgəncə verib sənədlərə məcbur qol da çəkdiriblər. Özü də, yuxarılara hesabat vermək üçün döyülən vaxt şəklini, videosunu da çəkib, mesaj veriblər ki, "Fuadı dediyiniz kimi cəzalandırmaqla və aşağılayıb alçaltmaqla dərsini verdik".
 
 
 
İ.Altay ortada olan faktlara istinadla hesab edir ki, bu iş sifarişlidir, özü də çox yuxarıdan gələn bir sifarişdir. 
 
"Təccüblənirəm ki, adi bir inzibati xəta adı ilə həbs edilən şəxs necə qandallanıb döyülə bilər. Sanki o, qətl törətmiş cinayəkardır. Deməli bu, qisaslı sifarişdir". 
 
 

Ekspert Fuad Abbasovun deportasiya olunması ilə bağlı tarixin mayın 28-nin seçilməsini təsadüfi saymayıb. Onun sözlərinə görə, deportasiyanın belə uzun vaxta salınması xəsarətlərin izinin itməsi üçün vaxt qazanılması, yaxud da siyasi qərəz və yaxud Moskvanın Azərbaycana qarşı hirsli olması ola bilər:

 

"Fuad tanınmış adamdır, jurnalistdir, hüquqşünasdır. Tam xüsusi tapşırıq olmasa ona qarşı bu cür kobud rəftar baş verməzdi. Belə sifarişə bizim diasporalarıın, heç ermənilərin də hökmü çatmaz. Bu, rusların - Kremlin işidir. Məsələ tam aydınlaşdırılmalıdır. Beynəlxalq təşkilatlara şikayət olunmalı və Rusiya hökuməti məsələyə aydınlıq gətirməlidir"

 
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər