“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”
Əlisahib Hüseynov: “Bu hadisə iki ölkənin dost münasibətlərinə qarşı xüsusi təxribatdır”
“Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasova qarşı Rusiyanın hüquq-mühafizə orqanlarının nümayəndələrinin xüsusi qəddar davranışını və onun həm ermənilərin, həm də bəzi ermənipərəst azərbaycanlı icmalarının şikayəti əsasında ölkədən deport olunması məqsədilə saxlanılmasını qınayırıq”.
Versus.Az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov yazıb.
Partiya sədri bildirib ki, Fuad Abbasovun fərdi yanlış cəhətləri, nöqsanları nə olur-olsun, amma ona qarşı məhz jurnalist fəaliyyətinə görə bu cür vəhşicəsinə davranılması qətiyyən yolverilməzdir:
“Dost, müttəfiq saydığımız bir ölkənin polislərinin bir azərbaycanlı jurnalistə qarşı bu cür aşağılayıcı münasibəti bütövlükdə Rusiya dövlətinin imicinə kölgə sala bilər. Biz hesab edirik ki, bu hadisə iki ölkənin dost münasibətlərinə zərər vermək məqsədilə törədilmiş xüsusi təxribatdır və ümid edirik ki, Rusiyanın siyasi rəhbərliyi bu təxribatın günahkarlarının cəzalandırılması üçün gərəkən addımları atacaq”.
Versus.Az
Xəbər lenti
Bayram günü Bakıda və bölgələrdə gözlənilən hava PROQNOZU
Küləyin sürəti 15 m/saniyəyə çatacaq