"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

18:24 21-05-2019 | icon 2561 | Siyasət
"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Tamilla Qulami: "Çox istərdik ki, bu kimi məsələlərdə dövlət öz vətəndaşlarını tək qoymasın"

 

"Rusiya hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Fuad Abbasov qanunları kobud şəkildə pozub. Azərbaycan tərəfindən xahiş edirik ki, məsələni diqqətdə saxlasın və hüquqi müstəvidə həll etməyə çalışsınlar".

 

Bunu Versus.Az-a Ümid Partiyasının sədr müavini Tamilla Qulami Rusiyada həbs olunaraq polis tərəfindən fiziki zorakılığa məruz qoyulan jurnalist Fuad Abbasovun ədalətsizliyə uğramasına qarşı açıqlamasında bildirib:

 

"Rusiyada öz vətəndaşımızın hüquqlarını müdafiə etmək üçün çaba göstərməli, ona mənəvi dəstək durmalıyıq. Fuad Abbasovun haqlarını müdafiə etmək üçün ona vəkil təyin olunmalıdır".

 

Hazırda Azərbaycan media orqanlarında Fuad Abbasovun hüquqlarının pozulmasından daha çox məsələnin şəxsi münasibətlər müstəvisində qabardıldılğını qeyd edən T.Qulami, buna təəssüf hissi ilə yanaşdığını bildirib:

 

"Fuad Abbasov Azərbaycan, işğal olunmuş ərazilərimizlə bağlı həqiqətləri sosial şəbəkələr, media vasitələri, eləcə də Rusiya telekanallarında aparılan açıq debatlarda tutarlı arqumentlərlə dünya ictimaiyyətinə çatdıran həmyerlimizdir. Onun Rusiyada başına belə bir iş gətirilməsinə bir azərbaycanlı olaraq çox üzülür, təəssüf hissi keçirirəm".

 

T.Qulami hər şeydən çox son vaxtlar Azərbaycan daxilində Fuad Abbasova qarşı çirkin bir kampaniyaya başlanıldığını qeyd edib. Onun sözlərinə görə, ola bilər ki, belə yanaşmalar şəxsi münasibətlər zəmnində ortaya çıxır. Ancaq Fuad Abbasovun son illərdə KİV vasitəsi ilə Azərbaycan üçün nə qədər böyük işlər gördüyünü danmaq heç bir vicdana sığmaz:

 

"Buna görə də Fuad Abbasova Rusiyada yaşayan azərbaycanlıların adından dəstək verilməsini, eləcə də Azərbaycan hökumətinin öz vətəndaşına sahib çıxmasını istəyirik. Çox istərdik ki, bu kimi məsələlərdə dövlət öz vətəndaşlarını tək qoymasın".

 

Fuad Abbasovla bağlı baş verən bu hadisədə ermənilərin başladığı çirkin kampaniyadan danışıldığını qeyd edən Qulami bildirib ki, əslində ermənidən bundan artığını gözləmək də sadəlövhlük olardı:

 

"Erməninin belə bir əməl törətməsinə təəccüblənmirik. Əsas məsələ bizim belə hallarda bir-birimizə hansı formada və necə dəstək verə bilməyimizdir. Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik. Əgər şəxsi problemlərimiz varsa, bunu daxildə öz aramızda həll etməliyik. Şəxsi maraqları, milli ləyaqət hissindən üstün tutub onu ictimailəşdirməklə ermənilərin "dəyirmanına su tökmək" olmaz. Bu bütün sahələrdə bizim uduzmağımıza gətirib çıxarır. Hansı ki, bu gün informasiya savaşında uduzuruq, bir-birimizə dəstək ola bilmirik. Çünki biz hələ də milliləşib, öz şəxsi maraqlarımızdan kənara çıxa bilməmişik. Təəssüflər olsun ki, o çirkin vərdişlərdən əl çəkə bilmədiyimiz üçün hələ də bir-birimizin ayağını tapdalamaqla məşğuluq. Çox istərdim ki, Azərbaycan hakimiyyəti, aididyyatı orqanlar bu məsələyə ciddi reaksiya versinlər. Çünki artıq bu dünya ictimaiyyətinin gözü qarşısında baş verən bir məsələdir. Qoy ermənilər Fuad Abbasovun həbsdə olmasından qürrələnərək, yenə də özlərini öyməsinlər ki, "baxın, biz birləşib qarşımızdakını devirə bilirik, siz isə birləşib bir-birinizin ayağınızdan dartırsınız"".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları

Bu qadınlar pensiyaya daha tez çıxa biləcəklər