“Fuad Abbasova olunanlar bir azərbaycanlı olaraq hər birimizə qarşıdır”

19:01 21-05-2019 | icon 482 | Cəmiyyət
“Fuad Abbasova olunanlar bir azərbaycanlı olaraq hər birimizə qarşıdır”

Ramiyə Məmmədova: “Xaricdə hər kəs bir qurum yaradıb və guya milləti üçün çalışır, nəticə də göz qabağındadır”

 

“Moskvada yaşayan Fuad Abbasova qarşı törədilənlər bir azərbaycanlı olaraq hər birimizə qarşıdır. Buna Moskva yox, ona və ermənilərə çalışan, özlərinə “azərbaycanlı”, “türk” deyən iyrənc məxluqlar şərait yaradırlar”.

 

Versus.Az xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində politoloq Ramiyə Məmmədova yazıb.

 

Politoloq bildirib ki, Fuad Abbasovun Azərbaycana deportasiya edilməsi, özlərini Azərbaycan icması kimi göstərib, öz həmvətənlisinə garşı əxlaqsızlıq edənlərin əməlidir. Bu isə artıq onların kimə və nəyə xidmət etdiklərini sübut edir.

 

R.Məmmədovanın sözlərinə görə, bu “icma” deyilən qurumda toplanan insanlar bu gün Azərbaycana necə zərər vurduqlarını və düşmənlərin əlinə hansı “kozırı” verdiklərini çox gözəl bilirlər:

 

“Ar olsun onlara. Çünki onlar həqiqətən Azərbaycan torpağına və türk adına layiq deyillər. Acınacaqlısı budur ki, belə hallar tək Moskvada deyil, azərbaycanlıların yaşadıqları bütün dövlətlərdə baş verir. Çünki biz heç bir zaman millət baxımından bir ola bilmirik. Biz nə vaxt bir-birimizin arxasında durmağa öyrənəcəyik!? Deyəsən heç zaman. Və düşmənlər də bizə baxıb gülərək “affərin” deyəcəklər. Bu sözlər tək Moskvada həbs olunan Fuadla bağlı deyil, bu, xaricdə və ölkəmizdə yaşayan hər bir vətandaşımıza deyilir. Diaspora komitəsi bunların öhdəsindən gələ bilmir. Xaricdə hər kəs bir qurum yaradıb və guya milləti üçün çalışır. Nəticə də göz qabağındadır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür