AMİP-dən Fuad Abbasovla bağlı çağırış

19:25 21-05-2019 | icon 342 | Siyasət
AMİP-dən Fuad Abbasovla bağlı çağırış

“Rusiyada yaşayan və jurnalist fəaliyyəti ilə məşğul olan soydaşımız Fuad Abbasovun orada həbs olunması, qeyri-insani rəftara məruz qalması, ona edilən haqsızlıqlar AMİP olaraq bizi də ciddi narahat edir”.

 

Bu fikirləri tanınmış jurnalist F.Abbasovun Moskvada həbs edilmsinə münasibət bildirərkən AMİP Siyasi Şurasının üzvü Əli Orucov səsləndirib.

 

Partiya funksioneri daha sonra bildirib:

“F.Abbasov uzun illərdi ki, Moskvada Azərbaycanın haqq səsinin ucaldılmasında, əsil həqiqətlərin Rusiya ictimaiyyətinin diqqətinə çatdırılmasında, uydurma erməni təbliğatının qarşısnın alınmasında önəmli rol oynayıb. O, həmçinin Rusiyada yaşayan Azərbaycanlıların təşkilatlanmasında, bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməsində də xeyli işlər görüb. Bir müddət əvvəl erməni məkri və Rusiya xüsusi xidmət orqanlarının xeyr-duası ilə Moskvada iki dost və qardaş xalq olan çeçenlərlə azərbaycanlılar arasında süni qarşıdurmanın vaxtında qarşısının alınmasında da əməli fəaliyyəti olub. Görünür, Fuad bəyin bu kimi müsbət və gərəkli fəaliyyəti erməniləri və onların havadarlarını rahat buraxmayıb. Deportasiya etmək istəyirlərsə, bunu da normal qaydada etmək lazım idi. O, qatı cinayətkar, təhküəli əməlllərin sahibi deyil. Lakin Rusiya hüquq-mühafizə orqanları onunla qəddərcasına, alçaldıcı daxranması qətiyyən qəbul edilə bilməz və kəskin şəkildə pislənilməlidir”.

 

Ə.Orucov bəyan edib ki, ümumiyyətlə, F.Abbasovun simasında soydaşlarımızın Rusiyada istər istintaq orqanları, istər millətçi-şovinist qüvvələr tərəfindən təhqirə, təzyiqlərə, işgəncələrə, hər cür qeyri-insani rəftara məruz qoyulması, hətta, belə davranışların KİV-lərdə, sosial mediada nümayiş etdirilməsi ilk dəfə deyil: “Düşünürəm ki, istər Azərbaycanın müvafiq dövlət qurumları, istər xarici diasporamız, əlalxüsus da, Rusiyada fəaliyyət göstərən diaspora təşkilatları, istərsə də Moskvadakı səfirliyimiz Fuad Abbasovun istintaq komitəsi tərəfindən haqsızlığa və fiziki-mənəvi işgəncəyə məruz qoyulmasına dərhal müdaxilə etməli, məsələni ciddi nəzarətə götürməli, zorakılığı tətbiq edənlərin cəzalandırılmasına çalışmalıdır”

 

Əli Orucov həmçinin qeyd edib ki, ola bilsin bəzi qüvvələr Azərbaycan-Rusiya arasında münasibətləri zədələmək, iki xalq arasında nifaq toxumu səpmək üçün bu kimi xoşagəlməz üsullara əl atsınlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı