Ali məktəblərdə semestr imtahanları niyə fərqli formalarda keçirilir?
Ali məktəblərdə semestr imtahanları fərqli formalarda keçirilir. Bəzilərində sadəcə test yaxud yazı, bəzilərində test, yazı və şifahi üsullarla. Bəs tək bir sistemə keçmək mümükün ola bilərmi?
Versus.Az Modern.az-a istinadən bu məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyevin fikirlərini təqdim edir.
Ekspert “Boloniya bəyannaməsi”ndə konkret imtahan modellərinin göstərilmədiyini deyib:
“Konkret olaraq Azərbaycanın 2010-cu ildən qoşulduğu “Boloniya bəyannaməsi”ndə imtahan modelleri göstərilmir. Ona görə də hər bir universitet özünəməxsus formada imtahan təşkil edir”.
Ekspert yazılı imtahanların tələbələrə daha xeyirli olduğunu düşünür:
“Mən düşünürəm ki, yazılı imtahanlarda neqativ hallar istisna olunacaqsa, buna qarantiya veriləcəksə, müəllimin özünün imtahan götürməsi test vasitəsi ilə imtahanlardan daha effektli olacaq. Bu zaman tələbə danışmaq imkanı əldə edir. Yazılı olduqda isə tələbədə yazı vərdişləri formalaşır. Əsas çalışmaq lazımdır ki, tələbə ona tədris olan fənləri dərindən mənimsəsin və tələbənin fənni hansı formada mənimsəməsini dəqiq qiymətləndirmək hədəfi olsun. İnsan faktoru deyilən anlayışdan qorxmaq lazım deyil. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində konkret olaraq yazılı və müəllimin birbaşa ünsiyyətlə imtahan götürməsində tələbənin ziyanına hansısa bir hadisənin baş verməsi inandırıcı görsənmir. Bu sadaladığım ali məktəblərdə çox ciddi tədris islahatları aparılmaqla yanaşı, tələbənin biliklərinin qiymətləndirilməsi istiqamətində də yeniliklər edilib”.
E.Əliyev imtahan sistemlərinin sintezinin ali məktəblərin özündən aslı olduğunu bildirib:
“İndiki ali məktəblərin əksəriyyətində kamera quraşdırılıb. Mən bir neçəsində ictimai nəzarət şurasının üzvü kimi monitorinqdə olmuşam, yəni bu vəziyyətdə köçürmə ehtimalı çox aşağıdır. Bayaq adını çəkdiyim ali məktəblərdə bu kimi hallar qeyri-mümkündür, çünki dərhal həmin tələbələr ifşa olunur və onlar haqqında qərar qəbul olunur. Hər halda ali məktəb tələbəsi ixtisası və digər fənləri həm yazılı şəkildə, həmdə şifahi şəkildə izhar edə bilməlidir, yoxsa testə alüdəçiliyə nəhayət son qoyulacaq. Mən düşünürəm ki, testlərin xarekterindən aslı olmayaraq test üsulu bir o qədər öz gücünü itirməyib. Bu sistemlər bir-birlərini tamamlasa, daha yaxşı mütəxəssis hazırlığına gətirib çıxara bilər. Yəni bu sistemlərin sintezi və mövcudluğu ali məktəblərin öz xarekterindən asılıdır”.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...