“Yazıçılar Birliyində pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı

08:56 22-05-2019 | icon 413 | Cəmiyyət
“Yazıçılar Birliyində pullar havaya sovrulur” ittihamı qalmaqal yaratdı

“Dövlətin ədəbiyyat naminə xoş niyyətlə ayırdığı pulu bunlar havaya sovururlar, ehtiyacı olmayanların cibinə basırlar, ətraflarına xərcləyirlər. Ədəbiyyatın inkişafı naminə heç nə eləmirlər”.

 

Versus.Az “Yeni Müsavat”-a istinadən xəbər verir ki, bu ittihamları Azərbaycan Yazıçılar Birliyi (AYB) barədə şair Salam Sarvan bakupost.az-a müsahibəsində səsləndirib.

 

O, AYB üzvü olmadığını qeyd edib: “Ancaq indi xərclədikləri pulun içində mənim də maaşımdan, qonorarımdan verdiyim verginin məbləği var. Düzü, Azərbaycan Yazıçılar Birliyi uzun illərdir ədəbi fəaliyyətlə yox, bank fəaliyyəti ilə, bankçılıqla məşğuldur.  O boyda təşkilatın işi-gücü ancaq ildə bir dəfə təqaüd siyahısı hazırlayıb maliyyə qurumlarına təqdim etməkdən, dövlətin xoş niyyətlə ayırdığı pulu şübhəli formalarda yerbəyer eləməkdən, əmlakı kafe kimi icarəyə verməkdən ibarətdir. Sırf buxalteriya yəni. Ölürəm gülməkdən”.

Salam Sarvan ile ilgili görsel sonucu

 

S.Sarvanın sözlərinə görə, ortada çox əndirəbadi görüntü var: “Belə çıxır ki, AYB-nin iki mindən çox üzvü, yüzə qədər maaşlı işçisi, neçə-neçə rayon filialı, aparatındakı neçə-neçə şöbəsi, neçə-neçə katibliyi, neçə-neçə şurası ona görə bir yerə yığışıb ki, ildə bir dəfə təqaüd siyahısı hazırlayıb versinlər.

AYB-nin yaratdığı monopoliyada, ümumən ədəbiyyat təsərrüfatında dəhşətli haqsızlıqlar baş alıb gedir. Nəhayət, bu hoqqaları durdurmaq zamanı gəlib çatıb. İçində azca da olsa ədalət hissi qalmış yazarlar bir araya gəlib, bu meydan sulayan fərasətlilərin qarşısına çıxmalıdır".

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid isə kulis.az-a deyib ki, bu müsahibəni alan Elşad Barat qurumun əleyhinə kampaniyalar aparır, müsahibələr alır.

Elşad Baratın ile ilgili görsel sonucu

 

Onun sözlərinə görə, gənc yazar Elşad Baratın AYB-dən kənarlaşdırılması  məsələsi katiblikdə qaldırılacaq: “AYB-də qalıb-qalmaması məsələsini katiblikdə qaldıracam. Çünki adam Yazıçılar Birliyindən bəhrələnir. Anar müəllim onun kitabın çap olunmasına kömək edib. Gəlib yalandan deyir ki, uşaqlarım xəstədir, pul alır, sonra da gedib AYB-nin əleyhinə kampaniyalar aparır, müsahibələr alır. Hesab edirəm ki, Elşad Baratın AYB-də qalması düzgün deyil”.

 

E.Barat isə bildirib ki, R.Məcid yazıçı Anarla onun arasına girmək istəyir: “Əvvəla, mən jurnalistəm, istənilən adamdan müsahibə ala bilərəm, onun fikirlərinə məsuliyyət daşımıram. Müsahibələrimdən də görünür ki, mən mövqesiz sual verirəm.

Müsahibə gedən kimi Rəşad Məcid mənə zəng elədi, açdım, fısıltısı gəldi, səsi yox. Müsahibə almaqla adamı təşkilatdan çıxarmırlar. Məni səbəbsiz yerə heç kim AYB-dən çıxara bilməz. AYB-dən çıxarılmağıma səbəb olacaq heç nə etməmişəm, Rəşadın fikiri gülünc görünür.

Düşünürəm ki, Rəşad Məcid hörmətli yazıçımız Anar müəllimlə mənim arama girmək istəyir. Məndə çox faktlar var, belə getsə, bir-bir hamısını mətbuata bildirəcəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI