"Azərmarka” rəsm müsabiqəsi elan edir

18:02 13-03-2018 | icon 116 | İqtisadiyyat
"Azərmarka” rəsm müsabiqəsi elan edir

26 mart tarixindən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Azərmarka” MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik yubileyinə  həsr edilən  rəsm müsabiqəsinə start veriləcək.

 Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Versus.az-a verilən məlumata görə, “Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin  keçirilməsində  başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa, Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsi ilə  müsabiqənin Təşkilat komitəsinə  (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır.

Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.

Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq.

Aprelin 26-dan mayın 1-dək  münsiflər tərəfindən ümumilikdə  10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.

İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer - 200 manat, 3-cü yer - 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.

Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçəri şəhərdə keçiriləcək Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi